İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub

02/06/2020 [20:26] - İqtisadiyyat (12)



1 yanvar 2020-ci il tarixinə dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16870,3 mln. manat olub ki, bu da 2019- cu il üzrə ÜDM-ə nisbətdə 20,7%-ə bərabərdir.

“APA-Economics” bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, həmin dövrdə adambaşına düşən borc isə manat ifadəsi ilə 1675,8 manat təşkil edib.

Qeyd edək ki, xarici dövlət borcu üzrə 01.01.2020-ci il tarixə kredit sazişləri ilə cəlb olunması nəzərdə tutulan vəsait 12429,0 mln. ABŞ dolları, istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlər üzrə 9091,0 mln. ABŞ dolları təşkil edib.

01.01.2019-cu il və 01.01.2020-ci il tarixlərinə olan məlumatlara əsasən kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan vəsaitlin məbləği 1,07% artaraq 12429,0 mln. ABŞ dollar, istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərin məbləği isə 1,8% artaraq 9091,0 mln. ABŞ dollar təşkil edib. Eyni zamanda, ötən illə müqayisədə 2019-cu ildə həmin məbləğin ÜDM-ə nisbət göstəricisi də 0,1 faiz bəndi azalaraq 18,9% təşkil edib.

01.01.2020-ci il tarixinə borc portfelinin 01.01.2019-cu il tarixinə olan müvafiq göstəriciləri ilə müqayisədə valyuta üzrə bölgüsündə ABŞ dollarla cəlb olunması nəzərdə tutulan məbləğ azalıb, bu isə öz növbəsində həmin valyuta üzrə borcların payının da 0,9 faiz bəndi azalaraq 77,3% təşkil etməsi ilə nəticələnib.

Faktiki xarici borcun məbləğində isə ABŞ dolları ilə götürülmüş borcun payı 1,2 faiz bəndi artaraq 82,3% təşkil edib. Avro ilə isə cəlb olunması nəzərdə tutulan məbləğin xüsusi çəkisi 10,3 % və faktiki xarici borcun xüsusi çəkisi isə xüsusi çəkisi 7,62% olub.

Kredit sazişlərinin müddət üzrə bölgüsündə 10 ilə qədər və 10 ildən 20 ilə qədər olan dövrlərdə cəlb olunması nəzərdə tutulan borc məbləğinin həcmi müvafiq olaraq 24,56% artımla və 14,33% azalma ilə, faktiki xarici borc üzrə isə müvafiq olaraq 11,85% artımla və 5,94% azalma ilə müşahidə olunub.

Təqdim olunmuş məlumatlara əsasən 01.01.2020-ci il tarixə daxili dövlət borcu 1415,6 mln. manat təşkil edib.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin