Bakıda tələbə aksiyası: Saxlanılanlar var...

01/06/2020 [16:50] - Gündəm (108)



İyunun 1-i saat 14:00 radələrində 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, onların dəvəti ilə gəlmiş 20-yə yaxın media mənsubu Təhsil Nazirliyinin inzibatı binasına yaxınlaşaraq tələbələrin müraciəti ilə bağlı qəbul olunmaqlarını xahiş ediblər.

Axar.az xəbər verir ki, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, Nazirlər Kabineti tərəfindən 16 may 2020-ci il tarixində qəbul olunmuş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, karantin qüvvədə olduğu müddətdə “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb: "Buna baxmayaraq, nazirliyə müraciət edən 3 tələbə - Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibatlıq fakültəsinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Zərifə Novruzova Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunub.

Qəbul zamanı tələbə Rüstəm İsmayılbəyli nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim edib. Bundan əlavə, tələbə Allahverdi Həsənov nazirlik tərəfindən istifadəyə verilən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün qeydiyyat portalında (http://e-telebe.edu.az) anasının şəxsiyyət vəsiqəsinin müddətinin başa çatması ilə əlaqədar olaraq qeydiyyatdan keçə bilməməsi barədə məlumat verib".

"Nazirliyin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov Nazirlər Kabineti tərəfindən 19 may 2020-ci il tarixində qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarın müddəaları və həmin qərar əsasında ali və orta ixtisas müəssisələri tərəfindən bu tədris ilin sonunda imtahanların keçirilməsi qaydası barədə məlumat verib. Bundan əlavə, mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştirak etməyə hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) ali təhsil müəssisəsi tərəfindən həmin tələbələr üçün cari ilin avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacağı qeyd edilib. Bununla da yay imtahan sessiyasında bu və ya digər səbəbdən iştirak etməyə hazır olmayan tələbələrə seçim hüququnun verildiyi bir daha vurğulanıb, tələbə Rüstəm İsmayılbəyliyə bu barədə oxuduğu ali təhsil universitetinə fərdi qaydada müraciət etmək tövsiyə olunub.

Tələbə Allahverdi Həsənovun (http://e-telebe.edu.az) valideyninin şəxsiyyət vəsiqəsinin etibarlıq müddətinin başa çatması ilə əlaqədar isə valideynin ASAN mərkəzlərinə müraciət edərək vəsiqənin dəyişdirilməsi tövsiyə edilib, sənəd qəbulu prosesinin 10 iyun tarixinə qədər davam edəcəyi barədə məlumat verilib. Təqribən 20 dəqiqə davam edən qəbuldan sonra tələbələr Təhsil Nazirliyinin binasını tərk ediblər", - nazirlik rəsmisi vurğulayıb.

***

Bir qrup şəxs xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6-sı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub. Aksiyanın təşkilatçı olan bir nəfər barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin