Əli Əhmədov: “Uğursuz müxalifətin taleyi başqa cür ola bilməz”

25/11/2019 [11:47] - Siyasət (66)



“Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubiley təntənəsində Azərbaycanın müasir tarixi ilə əlaqədar səsləndirdiyi fikirlər, ələlxüsus 1992-93-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat hakimiyyətinin fəaliyyəti və vəzifə sahiblərinə verdiyi xarakteristika cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Tanınmış bir yazıçıya məxsus “sürünmək üçün yarananlar uça bilməzlər” aforizmi sözügedən hakimiyyətin təmsilçilərinin mahiyyətinə tamamilə uyğun gəlir”.

İstiqlal.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov “Facebook” hesabında “Kiçik elmi işçilərin hakimiyyəti - Onlar böyük işlər üçün yaranmamışdılar” adlı məqaləsində bildirib.

O qeyd edib ki, Sovet İttifaqı kimi nəhəng imperiyanın qəfil dağılmasını azacıq da olsa işə yarayan dünyagörüşlü və dövlətçilik təcrübəsinə malik lideri olmadan qarşılamağa məhkum olan Azərbaycan 1992-ci ildə hakimiyyətin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “kiçik elmi işçilər” tərəfindən zəbt edilməsinə münbit zəmin yaratdı: “Orasını da qeyd etmək yerinə düşər ki, bioqrafiyasında kiçik elmi işçilikdən savayı cəlbedici heç nə olmayanlar o zamankı hakimiyyətin elitası sayılırdı. Yerdə qalanlar isə kiçik elmi işçilərə həsəd aparanlar idi. Sonuncuların hakimiyyətdə təmsil olunmaq hüququ meydanlarda keçirdiyi günlərin sayına proporsional olaraq tanınırdı. Hakimiyyətin zəbt olunması prosesində atılan ilk addım prezident administrasiyasından tutmuş bütün mərkəzi və yerli hakimiyyət orqanlarının inzibati binalarının zorla boşaldılması oldu. Meydandakılar (əlbəttə, səmimi hisslərlə xalq hərəkatına qoşulan çoxsaylı insanlardan söhbət getmir) həmin binalarda kabinetləri tutdular, özləri özlərini vəzifə sahibi elan etdilər. Kim hansı kabineti tuta bildisə, oldu həmin vəzifənin sahibi. Bu məqamda mərhum Prezident Heydər Əliyevin məşhur bir kəlamı yada düşür – kamaz şoferləri rayonların icra başçıları oldular. Ali vəzifələrdə oturanlar isə kiçik elmi işçilər idi. Baş nazir kiçik elmi işçi, parlamentin sədri – kiçik elmi işçi, müdafiə naziri Texniki Universitetin müəllimliyindən savayı heç bir iş təcrübəsi olmayan təsadüfi adam. O zamankı hakimiyyət iyerarxiyasında kifayət qədər yüksək vəzifə sayılan dövlət katibi postuna isə universiteti yenicə bitirmiş Əli Kərimov yiyələndi. Bu, onun ilk iş təcrübəsi idi. Universitet auditoriyasından birbaşa çox yüksək dövlət vəzifəsinə təyinat almaq nümunəsinə heç bir dövlətdə, normal hakimiyyətlərin hansındasa rast gəlmək mümkün deyil. AXC-Müsavat hakimiyyətində isə bu anormallıq adi praktika idi. Başqa bir misal olaraq onu deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin idarə rəisi kimi kifayət qədər məsul və xüsusi təcrübə tələb edən bir vəzifəyə Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi təyin edilmişdi”.

Ə. Əhmədov qeyd edib ki, təsadüfi, naşı, bir sıra hallarda mənəvi keyfiyyətləri ikrah yaradan insanların hakimiyyətdə total şəkildə təmsil olunmasının nəticəsi özünü çox gözlətmədi: “Sözün həm məcazi, həm də birbaşa mənasında AXC-Müsavat hakimiyyətinin yaratdığı acınacaqlı mənzərəni orta və yuxarı yaşlı insanların yaxşı xatırladığını düşünürəm. Çünki o zamankı xaos və anarxiyanı, fabrik və zavodların bağlanması nəticəsində yaranan kütləvi işsizliyi, çörək növbələrini, 1600 faizə çatan inflyasiyanı, hazırlıqsız gənclərin küçələrdən ovlanaraq cəbhə xəttinə göndərilməsini və çoxsaylı mənasız ölümləri, tüğyan edən separatizmin Azərbaycanın bütövlüyünə yaratdığı real təhlükələri və sair buna bənzər yaramazlıqları unutmaq mümkün deyil. Təəccüb doğuran odur ki, bu qədər dərin böhranı və dağıntıları onlar cəmi bir ildə necə edə bildilər. Görün nə qədər yırtıcı, dağıdıcı olmaq lazımdır ki, 13 ayın ərzində ölkəni bütünlüklə defolt və parçalanmaq həddinə çatdırasan. Qeyd etdiyim kimi, nəticəni çox gözləmək lazım gəlmədi. Xalq ayağa qalxdı, ölkəni müsibətlərə salmış antixalq hakimiyyətini devirdi, Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycan müsibətlərdən, parçalanmaqdan, müstəqilliyi itirməkdən xilas edildi”.

Baş nazirin müavininin sözlərinə görə, tariximizin bu acı həqiqətlərini bir daha xatırlamaqda fayda olduğunu düşünürəm: “Çünki haqqında danışdığımız yarıtmaz hakimiyyətin uğursuz təmsilçiləri 26 ildən çoxdur müxalifətdə pusquda durub yenidən Azərbaycanın inkişaf, müasirləşmə, firavanlıq, əmin-amanlıq yolunun qarşısını almağa fürsət gözləyirlər. Ümidlərini 1992-93-cü illərin müsibətlərini görməmiş gəncləri aldadıb öz tərəflərinə çəkməyə, bir də Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə çalışan bəzi xarici qüvvələrə bağlayıblar. Bunun adı isə xəyanətdən başqa bir şey deyil. Xəyanətin cavabı həmişə lənət olub, xalqın lənəti. Uğursuz hakimiyyətdən qalan uğursuz müxalifətin taleyi başqa cür ola bilməz. 1992-93-cü illərin yuxarıda sadaladığımız bəlalarının və yaramazlıqlarının alternativi bugünkü Azərbaycandır, onun gündən-günə artan iqtisadi qüdrəti, insanların yüksələn rifahı, ölkəmizin dünyadakı hörmət və nüfuzu, eyni zamanda heç kimin şübhə etmədiyi daha parlaq gələcəyidir. Bütün bunların mərhum Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin əməyi, müdrikliyi, uzaqgörənliyi, habelə Azərbaycana bitməz-tükənməz sevgisi sayəsində ərsəyə gəldiyini insanlarımız yaxşı bilir və yüksək qiymətləndirir. Bugünkü iqtidarın gücü xalqın ona olan dərin inamında və etimadındadır. Hakimiyyət üçün bundan gözəl tale təsəvvür etmək mümkün deyil".
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin