Çaylarda suyun səviyyəsində artım müşahidə olunub

25/11/2019 [12:22] - Gündəm (110)



Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 30-120 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 60-150 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 56 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 208 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir.

Noyabrın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 51 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 103 m3/s təşkil etməklə ongünlük normanın 127 faizini təşkil edir.

Noyabrın 22-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 110 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 119 m3/s təşkil etməklə ongünlük normanın 133 faizini təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 318 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 22-də isə 413 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 153 sm qeydə alınıb. 2018-ci il noyabrın 22-də isə bu rəqəm 301 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm artaraq 113 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 263 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 161 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 22-də isə 242 sm təşkil edib. Lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 10 sm azalaraq 34 sm təşkil edib, lakin 2018-ci il noyabrın 22-də 125 sm qeydə alınıb.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin