"Yeddi dəqiqədə üç qol buraxmaq bizə yaraşmır"

24/11/2019 [13:40] - İdman (70)



"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Sabah"a da, bizə də xal lazım idi. Amma evdə oynadığımız üçün üstünlük bizdə idi. Deməzdim ki, pis oynadıq. Xüsusən, ikinci hissəni yaxşı keçirdik. Hətta qol vurub, hesabda önə də keçdik. Təəssüf ki, hesabı sona qədər saxlaya bilmədik".

"Report"un məlumatına görə, bu sözləri "Səbail"in kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının XII turunda "Sabah"a məğlub olduqları (1:3) oyundan sonra deyib.

30 yaşlı orta sahə oyunçusu son dəqiqələrdə qollar buraxmalarını diqqətsizliklə əlaqələndirib: "Sona 7 dəqiqə qalmış 3 qol buraxdıq. Bilmirəm bu, diqqətsizlikdən, yoxsa ilk qoldan sonra oyunçu yoldaşlarımın ikincini vurmaq istəyindən yarandı. Rəqib bizi əks-hücumda yaxaladı. Futbolda belə hallar tez-tez olur. Amma nəticə çıxarmaq lazımdır. 

7 dəqiqədə 3 qol buraxmaq bizə yaraşmır. Düzdür, qolları meydanda 10 nəfərlə qaldıqdan sonra buraxdıq. Məğlubiyyətə səbəb qırmızı vərəqə yox, diqqətsizlik oldu. Düşünmürəm ki, yorğunluq var idi".

O, qeyd edib ki, oyuna həmişəki kimi hazırlaşıblar: "Bəlkə də, meydanda çox qaçmağımızın rolu oldu. Ancaq 90 dəqiqə mübarizə aparmağa gücümüz çatırdı.

"Sabah"ın bizdən güclü oynadığını deməzdim. Çünki başqa qol imkanlarımız da oldu, yararlana bilmədik. Məncə, bu gün "Sabah"dan yaxşı oynadıq. Xüsusən ikinci hissədə. Amma yaxşı oyuna görə xal vermirlər".

Əmirquliyev əsas hücumçuları Ağabala Ramazanov və Mirabdulla Abbasovun yoxluğunun oyunlarına mənfi təsir göstərdiyini söyləyib: "Ağabala və Mirabdulla bizim aparıcı hücumçularımızdır. Onların yoxluğu, bəlkə də, haradasa hiss olundu. Amma deməzdim ki, onları əvəz edənlər pis çıxış etdilər".

Yarımmüdafiəçi "Səbail"in 8 tur qələbə qazana bilməməsinə də münasibət bildirib: "Komandada vəziyyət mövsümün əvvəlində necə idisə, indi də bu cür davam edir. Yaxşı keçirdiyimiz oyunlar da oldu, sadəcə, qələbə qazana bilmirdik. Məncə, bir qalibiyyətlə "qara zolaq"dan çıxa bilərik. Özünəinamın qayıtması üçün bir qələbə çatmır. Ardıcıl məğlubiyyətlər istər-istəməz əhvalı korlayır".

Azərbaycan millisinin sabiq üzvü sonda karyerasını mövsümün sonunda bitirmək fikrində olmadığını deyib: "Gücüm qalsa, davam edəcəyəm. Hələ ki, özümdə bu gücü hiss edirəm".
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin