Azərbaycan və Özbəkistan gömrük orqanları arasında sənəd imzalanıb

24/11/2019 [10:00] - İqtisadiyyat (59)



Noyabrın 20-22-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 70-ci iclası keçirilib. 

İstiqlal.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, tədbirdə DGK sədrinin birinci müavini İsmayıl Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

İclasın gündəliyinə əsasən “Əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş”in 3-cü maddəsinin həyata keçirilməsi ilə bağlı məlumat mübadiləsinin formaları, həcmi və müddəti, həmçinin “Ali təhsilin tədris proqramları və əlavə peşə təhsili proqramları üzrə MDB üzv dövlətlərin gömrük xidmətləri üçün kadrların hazırlanması barədə Saziş” layihəsinin müzakirəsi aparılıb.

Eyni zamanda, iclasda MDB üzv dövlətlərin gömrük kadrlarının hazırlığı üzrə baza təşkilatının fəaliyyəti və “MDB üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat (daşıma) sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının qoyulması qaydaları haqqında Saziş” layihəsinə dair məsələlər müzakirə edilib və saziş imzalanıb.

İclas zamanı MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 2020-ci il üçün İş Planının layihəsi, adıçəkilən Şuranın sədrinin seçilməsi və Katibinin təyin olunması, həmçinin MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2020-ci il üçün İş Planının və adıçəkilən Komitənin sədrinin təsdiq edilməsi ilə bağlı məsələlərə baxılıb.

Tədbirdə Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 6-cı nəşrinin rus dilindəki variantına, həmçinin MDB-nin xarici iqtisadi fəaliyyətinin vahid mal nomenklaturasına və onun əsasında qeyd olunan sənədlərin şərhlərinə dəyişikliklərin və düzəlişlərin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, iclasda “Dəmiryolu nəqliyyatı ilə daşınan mallara gömrük əməliyyatları (gömrük rəsmiləşdirilməsi) və gömrük nəzarəti keçirilən zaman MDB üzv dövlətlərin gömrük orqanları və dəmiryolu daşıyıcılarının qarşılıqlı fəaliyyətinə dair nümunəvi texnologiya” layihəsi, MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının döş nişanları ilə təltif edilmə və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 71-ci, o cümlədən ekspertlərin növbəti iclaslarının keçirilmə tarixi və yerinə dair məsələlər müzakirə olunub.

Xatırladaq ki, iclas çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Protokol”un 5-ci maddəsinə müvafiq olaraq “Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı informasiya fəaliyyətinin texniki şərtləri” barədə sənəd imzalanıb.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin