Hindistan biznes nümayəndə heyəti Bakıda səfərdədir

22/11/2019 [16:34] - İqtisadiyyat (104)



Hindistanın aparıcı biznes palatalarından biri olan Hindistan Sənaye Konfederasiyasının (CII) 6 üzvdən ibarət biznes nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

İstiqlal.az xəbər verir ki, nümayəndə heyəti energetika, enerji, turizm, təhsil, tikinti və kənd təsərrüfatı kimi əsas sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarətdir. Hindistanın Bakıdakı Səfirliyi tərəfindən fəal şəkildə dəstəklənən səfər müddətində ticarət nümayəndə heyəti Bakı Limanı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), AZPROMO və Azərbaycanın Ticarət və Sənaye Palatasının rəsmiləri ilə görüşlər keçirdi. Nümayəndə heyəti həmçinin, Sumqayıt Sənaye Parkını ziyarət edərək Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktor müavini ilə müzakirələr aparıb.

50-dən çox şirkətin iştirak etdiyi və Hindistan Səfirliyi tərəfindən təşkil olunan B2B görüşlər biznes əlaqələrinin qurulması üçün çox yaxşı imkan yaradıb. Biznes Simpoziumda çıxış edən Hindistanın ölkəmizdəki səfiri B. Vanlalvavna Azərbaycanda aparılan islahatlar və biznes mühitinin sürətlə təkmilləşməsi nəticəsində Hindistan şirkətlərinin Azərbaycan bazarında öz fəaliyyətlərini genişləndirməyə artan maraq göstərdiyini qeyd edib. Hindistanda baş verən iqtisadi dəyişiklikləri vurğulayan səfir, mövcud biznes ve investisiya imkanları haqqında qısa məlumat verib. 

Biznes Simpoziumda çıxış edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Novruz Quliyev iki ölkə arasında ikitərəfli ticarətin həcminin mövcud potensialdan aşağı olmasını qeyd edərək biznes əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu nəzərə çatdırıb. O, energetika, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, mədəniyyət, informasiya texnologiyası və nəqliyyat və s. kimi hər iki ölkə şirkətlərinin əlaqələrini genişləndirə biləcəyi sahələri vurğulayıb.

Özəl, ictimai və kiçik və orta sahibkarlıq sektorlarından 9 000-dən çox üzvü, 300 000-dən çox qeyri-müstəqim üzvlüyü və Avstraliya, Birləşmiş Krallıq, Almaniya, Sinqapur kimi ölkələrdə 11 xarici ofisi olan Hindistan Sənaye Konfederasiyası, Hindistanın ən böyük biznes palatalarından biridir.
Hindistan Sənaye Konfederasiyası nümayəndə heyətinin bu səfərindən öncə 2019-cu ilin mart ayında Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) rəhbərlik etdiyi 75 şirkətin təmsil olundğu nümayəndə heyəti və 1-2 iyul, 2019-cu il tarixində Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) və Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) 28 üzvdən ibarət birgə çox məhsullu biznes nümayəndə heyəti Azərbaycana səfərə gəlib. 


Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin