"49 ölkədə Açıq Hökumət planları hazırlanır"

19/11/2019 [18:23] - Cəmiyyət (112)



Noyabrın 19-da “Yeni Açıq Hökumət Fəaliyyət Planı: vətəndaş cəmiyyətinin baxışı” mövzusunda dəyirmi masa keçirilib.

İstiqlal.az xəbər verir ki, dəyirmi masa “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə vətəndaş cəmiyyətinin və dövlət qurumlarının təmsilçiləri 2020-2022-ci illəri əhatə etməsi nəzərdə tutulan yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı ilə bağlı təklifləri müzakirə ediblər.

Layihə eksperti Zaur İbrahimli qeyd edib ki, Azərbaycan 2011-ci ildən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə üzv olub. Hazırda Təşəbbüsə 79 ölkə qoşulub, son səkkiz ildə 100 ikiillik Fəaliyyət Planı qəbul edilib, 3800 öhdəlik müəyyən olunub. 2019-cu ildə 49 ölkədə Açıq Hökumət planları hazırlanır. Azərbaycanda da 2020-2022-ci illəri əhatə edəcək yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələr başlayıb. Bu məqsədlə Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının əlaqələndirici qurum kimi çıxış etdiyi dövlət orqanları və QHT təmsilçilərindən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrup 2018-ci ildə müzakirələrə başlayıb, 2019-cu ildə irəli sürülən təkliflərə baxılıb.

Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə vətəndaş cəmiyyəti institutları da müzakirələrdə fəal iştirak ediblər. Hazırda 2020-2022-ci illəri əhatə edəcək yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsində ilkin olaraq elektron hökumətin inkişafı və elektron xidmətlətin genişləndirilməsi, təkmilləşdirilməsi, dövlət qulluğunda şəffaflığın gücləndirilməsi, dövlət satınalmalarının təkmilləşdirilməsi, maliyyə, təhsil, səhiyyə sahələrində şəffaflığın artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri nəzərdə tutulur.

Z.İbrahimli layihə çərçivəsində Açıq Hökumət Platforması tərəfindən hazırlanan təklifləri təqdim edib.

Müzakirələrdə irəli sürülən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni təkliflər irəli sürülüb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
03/06/2020 [18:44]:
Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər
03/06/2020 [17:41]:
Rusiya neft hasilatını 16% azaldıb
03/06/2020 [16:46]:
Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib
03/06/2020 [15:30]:
KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır
03/06/2020 [14:34]:
Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
03/06/2020 [13:52]:
Mənzillərin qiyməti ən yüksək templərlə azalıb
03/06/2020 [13:20]:
Muzeylərin fəaliyyəti bərpa edilib
03/06/2020 [12:36]:
Yaponiyada tibbi maskaların təkrar satışı ilə bağlı ilk həbs cəzası həyata keçirilib
03/06/2020 [12:16]:
Builki məzunların attestatları yeni formada veriləcək
03/06/2020 [11:46]:
Bəzi koronavirus xəstələri niyə qəfildən ölür?
03/06/2020 [11:13]:
ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edib
03/06/2020 [10:44]:
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yeniləyib
03/06/2020 [10:00]:
“Qaydalara riayət etməsək, hər birimiz koronavirusa yoluxacağıq”
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin