Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil

07/11/2019 [16:22] - İqtisadiyyat (238)



Ənənəvi olaraq, 2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bunu Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq: “Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək”.

Maliyyə naziri qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24,134 mlrd. manat, xərcləri isə 26,913 mlrd. manat, icmal büdcənin gəlirləri isə 27,533 mlrd. manat təşkil edəcək: “İcmal büdcə xərclərinin yuxarı həddi 29,488 mlrd. manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2,117 mlrd. manat və ya 7,7% çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mlrd. manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd. manat nəzərdə tutulur”.

İcmal büdcə xərc cəmi 7,7 faizlik artımı müsbət tendesiyadır. Halbuki bu il prezident sərəncamları ilə pensiya, müavinət və maşşların ciddi artımı baş vermişdi. Bu artımların təxmini tutumu 5 milyard manata yaxındır. Bu baxımda gələn il büdcədə cari xərclər bu illə müqayisədə 37,6 faiz artıb. olardı ki, bu artımlara adekvat olaraq icmal büdcə xərcləri 20 faiz aartacaq.

 İkinci maraqlı məqam odur ki, ilkin varinatda Neft Fondundan büdcəyə cari illə müqayisədə  400 milyon manat çox transfer nəzərdə tutulsa da, prezidentin iradlarından sonra artımdan nəinki artımdan imtina edildi, hətta transfertlərin həcmi14,3 milyon manat azaldılaraq 11 milyard 350 milyon manata endirildi.

Onu göstərir ki, hökumət artımları daha çox xərclərin optimallaşdırılması hesabına həyata keçirmək istəyir. Məsələn, bu yaxınlarda 2 nazirlik, 1 Dövlət Komitəsi və 1 Dövlət Xidməti vahid qurumda (İqtisadiyyat Nazirliyi) birləşdirildi. Bu isə xərclərin optimallaşdırılmasına səbəb olacaq. Görünən budur ki, struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək və qənaət edilən vəsait cari xərclərin maliyyələşdirilməsi yönləndiriləcək. Təbii ki, müsbət tendensiyadır.

Qadir İBRAHİMLİ



Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
02/06/2020 [13:46]:
Lukaşenko: "Belarusda "Maydan" olmayacaq"
02/06/2020 [13:14]:
Azərbaycan manatının dövretmə sürəti azalıb
02/06/2020 [12:42]:
Kukla Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb
02/06/2020 [12:20]:
Aşağı liqaya düşən klub 18 futbolçusu ilə yollarını ayırdı
02/06/2020 [11:35]:
Rusiyada işsizlərin sayını açıqlanıb
02/06/2020 [11:15]:
Merkel: "Vaksin və ya dərman yaradılmayınca pandemiya davam edəcək"
02/06/2020 [10:56]:
Bu ay 10 gün qeyri-iş günü var
02/06/2020 [10:42]:
UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
02/06/2020 [10:00]:
Səhiyyə naziri: “Belə getsə, koronavirusa məğlub olacağıq”
02/06/2020 [09:24]:
Mehman Hüseynov xərçəngə tutuldu
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Mehman Hüseynov xərçəngə tutuldu
Bu ay 10 gün qeyri-iş günü var
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
Azərbaycan manatının dövretmə sürəti azalıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin