BMT-nin qaçqınlar üzrə keçmiş ali komissarı Sadako Oqata vəfat edib

30/10/2019 [15:12] - Dünya (55)



1991-ci ildən 2000-ci ilədək BMT QAK-a rəhbərlik edən BMT-nin Qaçqınlar üzrə keçmiş ali komissarı Sadako Oqata vəfat edib.

İstiqlal.az xəbər verir ki, S.Oqatanın vəfatı ilə bağlı BMT QAK açıqlama yayıb. Açıqlamada bildirilir ki, xanım Oqata BMT QAK-ın tarixindəki ən önəmli onilliklərdən biri ərzində ona rəhbərlik edən, milyonlarla qaçqının və müharibə, etnik təmizləmə və soyqırımı səbəbindən fəlakətə düçar olan digər insanların həyatını dəyişmiş və sürətlə dəyişən geosiyasi mühitdə humanitar fəaliyyətlərə yenidən baxılmasına yardım göstərən uzaqgörən siyasətçi olub. O, bütün həyatı boyu sadiq beynəlmiləlçi və Birləşmiş Millətlər Təşkilatının dostu olub: “Sadako Oqata soyuq müharibənin başa çatmasından az sonra ali komissar olub, həmin dövrdə qlobal siyasi mühitdə dərin dəyişikliklər baş vermiş və on milyonlarla insan didərgin düşüb. Onun rəhbərliyi altında BMT QAK keçmiş SSRİ, İraq, Balkanlar, Somali, Böyük Göllər regionu və Şərqi Timordakı böhranlara reaksiya olaraq irimiqyaslı fövqəladə yardım əməliyyatları təşkil edib, habelə Mərkəzi Amerika, Asiya və Afrikada irimiqyaslı repatriasiya əməliyyatları çərçivəsində milyonlarla qaçqının evlərinə qayıtmasına kömək göstərib”. 

Sadako Oqata 1999-cu ildə Azərbaycanda rəsmi səfərə gəlib, Azərbaycan Respublikasının keçmiş prezidenti Heydər Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində o, sentyabrın 8-də Biləsuvar və Füzuli rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə də görüşüb. Səfər zamanı Sadako Oqatanı BMT-nin qaçqınlar üzrə hazırkı ali komissarı Filippo Qrandi müşayiət edib. Onun rəhbərliyi altında BMT QAK Dağlıq Qarabağla əlaqədar Ermənistanla münaqişə nəticəsində didərgin düşmüş on minlərlə məcburi köçkünün sığınacaq, zəruri istehlak malları, təhsil, su, sanitariya qovşağı və gəlir gətirən fəaliyyətlərlə təmin edilməsinə kömək etmiş fövqəladə proqramın həyata keçirilməsinə 1993-cü ildən başlanılıb. 

Hörmətli yapon akademik və təcrübəli çoxşaxəli diplomat olan Oqata qaçqınlarla beynəlxalq həmrəyliyin yorulmaz müdafiəçisi olaraq didərginlik böhranlarının həllinin siyasi danışıqların və sülh proseslərinin tərkib hissəsini təşkil etməsini təmin edirdi. Ali Komissar qismində səlahiyyət müddəti bitdikdən sonra o, Birləşmiş Millətlər Təşkilatı ilə sıx əlaqəsini qoruyub saxlamış, 2003-cü ildən 2012-ci ilədək Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) sədri vəzifəsini tutduğu dövrdə "insan təhlükəsizliyi" anlayışından və inkişafa ayrılan yardımlardan didərginlik probleminin həllinə köməklik üçün istifadə edilməsi təşəbbüsünü irəli sürüb. 


Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
02/06/2020 [13:46]:
Lukaşenko: "Belarusda "Maydan" olmayacaq"
02/06/2020 [13:14]:
Azərbaycan manatının dövretmə sürəti azalıb
02/06/2020 [12:42]:
Kukla Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb
02/06/2020 [12:20]:
Aşağı liqaya düşən klub 18 futbolçusu ilə yollarını ayırdı
02/06/2020 [11:35]:
Rusiyada işsizlərin sayını açıqlanıb
02/06/2020 [11:15]:
Merkel: "Vaksin və ya dərman yaradılmayınca pandemiya davam edəcək"
02/06/2020 [10:56]:
Bu ay 10 gün qeyri-iş günü var
02/06/2020 [10:42]:
UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
02/06/2020 [10:00]:
Səhiyyə naziri: “Belə getsə, koronavirusa məğlub olacağıq”
02/06/2020 [09:24]:
Mehman Hüseynov xərçəngə tutuldu
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Mehman Hüseynov xərçəngə tutuldu
Bu ay 10 gün qeyri-iş günü var
Səhiyyə naziri: “Belə getsə, koronavirusa məğlub olacağıq”
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
Azərbaycan manatının dövretmə sürəti azalıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin