Kolumbiya səfiri DGK sədri ilə görüşüb

30/10/2019 [13:44] - İqtisadiyyat (68)



Kolumbiyanın Azərbaycandakı  səfiri Luis Antonio Dimate Kardenas Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşüb.

İstiqlal.az xəbər verir ki, görüşdə  iki ölkə arasında mövcud münasibətlərə toxunulub, Azərbaycan tərəfinin Kolumbiya ilə bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğu diqqətə çatdırılıb. 
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrüyünün son dövrdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib, həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik və modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunduğunu bildirib.

Azərbaycan gömrük orqanlarının fiskal siyasət, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə və digər sahələrdə fəaliyyəti barədə də qonağı məlumatlandıran Səfər Mehdiyev, təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın iki ölkənin gömrük orqanlarına fayda verəcəyini vurğulayıb.

Qeyd edilib ki, iki ölkənin gömrük orqanları arasında qarşılıqlı səmərəli əlaqələr, öz növbəsində, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsinə mühüm töhfə verər, iqtisadi əməkdaşlığın potensialından maksimum yararlanmağa şərait yaradar.

Səfir Luis Antonio Dimate Kardenas öz növbəsində iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Səfir Azərbaycan gömrüyünün sürətlə inkişaf etdiyini, xüsusilə son dövrdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib. Qonaq ikitərəfli münasibətlərin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin