Məcburi köçkünlər: Ədalətli qərar verilməsə, Prezident Administrasiyasının qarşısında intihar edəcəyik...

29/10/2019 [23:13] - Gündəm (230)



“Muğanbank”la “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC arasında üç ildir ki, məhkəmə çəkişməsi var. Bank iddia edir ki, bu quruma 2008-ci ildə verilən 300 min dollarlıq kredit qaytarılmayıb. Ona görə də girov qoyulmuş üç evin (iki mənzil və bir bağ evi) hərraca çıxarlıb satılması və əldə olunan vəsaitin banka ödənilməsi barədə iddia qaldırıb.

Bizimyol.info xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi iddianı təmin edib - “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-dən bankın xeyrinə 178 min 690 dollar əsas borc, 74 min 963 dollar fa faiz borcu (cəmi 253 min 653 dollar) tutulması, bu məqsədlə sözgedən evlərin hərraca çıxarılıb satılması, orada yaşayanların bir ay ərzində çıxmasına qərar verib.

“Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin direktoru Bəxtiyar Abbasov isə bildirir ki, yalandır, ona 300 min dollar pul verilməyib. Onun sözlərinə görə, bundan əvvəl bankdan müxtəlif müqavilələrlə (ayrı-ayrı adamların adına) ümumilikdə 240 min manat kredit götürüblər. O kreditləri də tədricən ödəyiblər. Sonradan bankdan onlara deyiblər ki, həmin kreditləri bir kredit müqaviləsilə əvəzləyirlər. B.Məmmədov deyir ki, o vaxt 240 min manat 300 min dollar eləyirdi, ona görə də 300 min dollarlıq müqavilə bağlayıblar: “Amma bizə 300 min dollar verilmədi. Heç biz də istəmədik. Çünki əvvəl götürdüyümüz kreditlərin ümumiləşməsi idi. Bizə elə demişdilər. İndi isə iddia edirlər ki, yox, 300 min dollar da əlavə kredit verilib. O vəsaitin bizim bank hesabımıza köçürüldüyünü iddia edirlər. Amma bunu təsdiqləyən mədaxil-məxaric orderi ortaya qoymurlar. Qoya da bilməzlər. Çünki yoxdur”.

Bakı Apellyasiya Məhkəməsi məhz 300 min dolların “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin hesabına köçürülməsini təsdiqləyən məxaric orderi olmaması əsasıyla bankın iddiasını haqlı saymayıb. Nərimanov Rayon Məhkəməsinin qərarını ləğv edib, bankın iddiasının təmin ediıməməsi haqda yeni qətnamə çıxarıb.

Bank bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə onun xeyrinə qərar çıxarıb – Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılıb. Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanov bu məsələni yenidən araşdırır.

Oktyabrın 29-da keçirilən məhkəmədə Bəxtiyar Məmmədov bir  daha vurğulayıb ki, onlara 300 min dollar pul verilməyib. Hələ üstəlik, o vaxt kreditləri ona verəndə bankda ondan 75 minə qədər əlavə pul (“şapka”) alıblar.

Bəxtiyar Məmmədov əlavə edib ki, bankın hərraca çıxarılıb satılmasını istədiyi evlərdə məcburi köçkünlər, Qarabağ müharibəsində əlil olmuş şəxslər yaşayırlar. Həmin şəxslər özləri də məhkəmədə iştirak ediblər.

“Mən bir qolumu Ağdamda qoyub gəlmişəm. O birini də siz kəsməyin...”, - 80 yaşlı məcburi köçkün qadın Raqib Qurbanovun sədrlik etdiyi hakimlər kollegiyasına üz tutub.

Bildiriblər ki, əgər ədalətli qərar çıxarılmasa, bankın saxta iddiası əsasında sifarişli qərar verib onları evlərindən çıxarsalar, özlərinə qəsd edəcəklər: “Əgər ədalətli qərar olmasa, Prezident Administrasiyasının qarşısında intihar edəcəyik...”

“Muğanbank”ın nümayəndəsi məhkəməyə “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin rəhbərilə bağlanmış müqavilə təqdim edib. Bəxtiyar Məmmədov bildirib ki, ona əvvəlki kreditlərin ümumiləşdirilib, bir müqavilədə əksini tapacağını deyib, qol çəkdiriblər: “Yenidən pul köçürməyiblər. Köçürüblərsə, mədaxil-məxaric orderini ortaya qoysunlar”.

Bəxtiyar Məmmədov həmçinin vəkilinin səhhətində ciddi problem yarandığını və bu üzdən məhkəmədə iştirak edə bilmədiyini deyərək, prosesin təxirə salınmasını xahiş edib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, oktyabrın 30-da səhər saat 9.30-da qərarı elan edəcək.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin