Ombudsmanın Şəki Regional Mərkəzində qida təhlükəsizliyi müzakirə edilib

30/10/2019 [15:28] - Cəmiyyət (57)



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər İcra hakimiyyəti və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki Regional şöbəsi ilə birgə rayon Dövlət Regional Kollecinin, Tibb Kollecinin və Şəki Texniki Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Ombudsmanın Şəki Regional Mərkəzində “Qida Təhlükəsizliyinin təmini dövlətin əsas vəzifələrindən biridir” mövzusunda tədbir keçirilib.

Ombudsman Aparatından verilən məlumata görə, qurumun Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov giriş nitqi ilə çıxış edərək, ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas vəzifələrdən biri kimi dövlət strategiyasının prioritetləri sırasında olduğunu, ölkə prezidenti cənab İlham Əliyevin əhalinin etibarlı ərzaq məhsulları ilə təmin edilməsini iqtisadi inkişaf strategiyasının əsas hissələrindən biri olaraq daim diqqət mərkəzində saxladığını iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edilib ki, ölkədə etibarlı ərzaq təminatı ilə əlaqədar mütəmadi olaraq islahatlar həyata keçirilib, qanunvericilik sistemi təkmilləşdirilib, müvafiq sərəncamlarla 2001-2010-cu illəri əhatə edən Azərbaycan Respublikasında Ərzaq Təhlükəsizliyi Proqramı, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı, Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı qəbul edilib.

Sözügedən dövlət proqramlarının məqsədlərindən biri də qida təhlükəsizliyi ilə bağlı əhalinin hüquqi maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, bu sahədə qəbul edilmiş qanunların, beynəlxalq konvensiyaların və digər qanunvericilik aktlarının tətbiqi və təbliğidir. Həmçinin BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən Sammitində dünya liderləri tərəfindən qəbul edilmiş 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində də ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olunması və dayanıqlı kənd təsərrüfatının təşviq edilməsinin 17 məqsəddən biri olaraq müəyyən edildiyi iştirakçıların nəzərinə çatdırılıb.

P.Məmmədov bildirib ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində Ombudsman Fakt araşdırma missiyası çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən qarşılıqlı əməkdaşlıq istiqamətlərini, ölkədə qida hüququnun təmin edilməsi istiqamətində görülən işləri müzakirə edib. Həmin görüşdə Ombudsman yanında fəaliyyət göstərən Biznes və İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyət istiqamətlərindən birinin də məhz ərzaq təhlükəsizliyi məsələləri olduğu diqqətə çatdırılıb.

Tədbirin digər iştirakçıları öz çıxışlarında məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsiz qida ilə təmin olunmaları vəziyyətinin araşdırılması ilə əlaqədar keçirilmiş birgə monitorinqlər, istehlak bazarına nəzarət məqsədilə mənşəyi məlum olmayan, saxtalaşdırılmış məhsullarla bağlı və qida təhlükəsizliyi baxımından sertifikatı olmadan fəaliyyət göstərən topdan və pərakəndə satış məntəqələrində, həmçinin təhsil müəssisələrində qidalanmanın təşkili ilə bağlı məktəb, kollec və universitetlərin daxili bufetlərində həyata keçirilən monitorinqlər, məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində keçirilmiş maarifləndirmə tədbirləri barədə danışıblar.

Tədbirin sonunda iştirak edən müəllim və tələbələrin sualları cavablandırılıb. İştirakçılar bu sahədə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini qeyd edərək tədbirin təşkil olunmasına görə Müvəkkilə təşəkkürlərini bildiriblər.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin