Yəmən Müdafiə Nazirliyinin Maarib əyalətində yerləşən müvəqqəti qərargahında baş verən partlayış nəticəsində 2 nəfər ölüb.
İstiqlal.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Yəmənin müdafiə naziri Məhəmməd Əli əl-Makdaşi sağ qalıb.
Bildirilib ki, partlayış ordununun müvəqqəti qərargahında müdafiə naziri ilə nazirlik rəhbərlərinin görüşü zamanı baş verib: “İlkin məlumata əsasən, iki hərbçi ölüb, tədbirdə iştirak edən başqaları yaralanıb, nazir sağ qalıb”.
Məlumata görə, hadisənin husi qiyamçılarının atdığı raketin partlaması nəticəsndə baş verdiyi ehtimal edilir.