Səfir: “Çexiya Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə yönələn layihələrdə iştirak etməyə davam edəcək”

29/10/2019 [13:53] - Siyasət (114)



Çexiyanın Dövlətçilik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Milan Ekert çıxış edərək ölkə tarixindən söz açıb, xatırladıb ki, bu gün Çexiya tarixinin ən vacib günü - müstəqil Çexoslovakiya Respublikasının yaranmasının 101-ci ildönümüdür: “ Bu, Mərkəzi Avropanın problemli sularında yeni doğulan bir dövlətə yer tapmasında mühüm rol oynayan ilk prezidenti, Tomaş Qarriq Masarikin adı ilə bağlıdır. Çağdaş dünyaya nəzər salanda əmin oluram ki, onun məşhur şüarı olan, “Dövlətlər onları yaradan ideyalarla yaşayırlar” öz keçmiş əhəmiyyətindən heç nə itirməyib. Çex tarixində, səkkiz və doqquz ilə bitən müəyyən illərin özünəməxsus bir əhəmiyyəti müşahidə edilə bilər. Bu il də istisna deyil. Bir neçə həftədən sonra, digər hadisələr arasında, 1989-cu ildən sonra Mərkəzi və Şərqi Avropanın yeni siyasi memarlığın formalaşmasında mühüm rol oynayan “Məxməri İnqilab”ın otuz ilini qeyd edəcəyik. İyirmi il əvvəl ölkəmiz NATO-ya üzv və on beş il əvvəl Aİ-nin tamhüquqlu üzvü olduq. Nəticədə son otuz ilin tarixi hadisələri Çexiya Respublikasının Mərkəzi Avropa geosiyasi məkanında yerini aydın və qeyri-şərtsiz möhkəmləndirdi”.

Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat deyib ki, münasibətlər yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq 2015-ci ildə dövlət başçıları tərəfindən imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra daha da möhkəmlənib, gələcəkdə daha da möhkəmlənəcək.  Səfir bildirib ki, yaxın zamanlarda Çexiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasları keçiriləcək və bu müəyyən format enerji üçün mühüm təkan verəcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq: “Çexiya Respublikası Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə yönələn layihələrdə iştirak etməyə davam edəcək. Biz fəxr edirik ki, Azərbaycan Dəmir Yolu ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin strateji əhəmiyyətli layihəsində iştirak edə bildik. Bu layihəni həyata keçirmək üçün lazım olan çox sayda iş demək olar ki, səkkiz il çəkdi və nəhayət bu ilin iyun ayında tamamlanıb”.

Təhsil sahəsindəki əlaqələrdən söz açan Milan Ekert deyib ki,  2018-ci ilin noyabr ayında Qaravəlli kəndində, Çexiya və Azərbaycan təhsil nazirlərinin müavinlərinin iştirakı ilə “Enerji səmərəliliyi məktəbi” adlı unikal layihə uğurla başa çatdırılıb. 

Azərbaycan hökuməti adından çex xalqını bayram münasibəti ilə təbrik edən Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov deyib ki, ölkəmiz Çexiya ilə bütün sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir, hər iki ölkə arasında qarşılıqlı əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Y.Eyyubov ölkə başmılarının qarşılıqlı səfərlərini xatırladaraq deyib ki, bu,  münasibətlərin, ikitərəfli siyasi əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir. 


Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin