Əbülfəs Qarayev “Crafting Futures” proqramının nümayəndələri ilə görüşüb

29/10/2019 [12:26] - Mədəniyyət (54)



Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 28-də “Crafting Futures” proqramının (Böyük Britaniya) nümayəndələri Matiyas Şortkuk və Kim Baqli ilə görüşüb.

Görüşdə qonaqlar layihə haqqında ətraflı məlumat veriblər. 

Qeyd olunub ki, “British Council”un (Britaniya Şurası) dəstəyi ilə həyata keçirilən “Crafting Futures” proqramı Britaniya ilə digər ölkələr arasında təcrübə mübadiləsi üçün yeni tərəfdaşlıq əlaqələri və imkanlar yaradır. Proqram tətbiqi sənətin və sənətkarlığın inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini dəstəkləyir. Beynəlxalq əməkdaşlıq sayəsində Britaniya ilə xarici ölkələr arasında ortaq öyrənmə üçün yeni şəbəkələr və imkanlar formalaşdırır. Proqram həmçinin sənətkarlıq sahəsində tədqiqat və təhsilin təmin olunmasını, layihələrin aktuallığını, habelə yaradıcı təcrübənin keyfiyyətinin qorunub saxlanılmasını və inkişafını davam etdirir.

“Crafting Futures” dizaynerlərə və sənətkarlara bilik və təcrübə, yeni bazarlar, yeni auditoriya əldə etmək şəraiti yaradır, sənətkarlığın dəyərinin daha geniş qiymətləndirilməsini, biliklərin sektor daxilində bölüşdürülməsini təmin edir.

Nazir Əbülfəs Qarayev layihənin ölkəmizdə həyata keçirilməsində maraqlı olduqlarını bildirərək, bu sahədə həyata keçirilən işlərdən bəhs edib. Bildirib ki, ölkəmizdə sənətkarlığın müxtəlif sahələri geniş inkişaf edib və bu istiqamətdə mütəmadi sərgilər, festivallar keçirilir. 

“Crafting Futures” proqramının ölkəmizdə tətbiqinin bu sahədə həyata keçirilən layihələrə öz töhfəsini verəcəyini qeyd edən nazir bu istiqamətdə baş verən yeniliklər, texnoloji proseslərlə bağlı təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görtə, bu sahənin yaradıcı mədəniyyət sənayeləri ilə birbaşa bağlılığı var və bu da birgə əməkdaşlığa öz töhfəsini verə bilər.

Nazir əlavə edib ki, təbliğat və brendləşmənin düzgün aparılmasına dəstək olacaq bu proqramın Azərbaycanın sənətkarlıq məhsullarının dünya bazarlarına çıxarılması üçün də bir platforma rolunu oynayacaq.

Görüşdə “Crafting Futures” proqramının paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sənətkarlara da tətbiq olunması barədə razılıq əldə olunub.

Sonda görüşdə iştirak edən “British Council”un Azərbaycan üzrə direktoru Samr Şah bu layihələrin iki ölkənin mədəniyyət və incəsənət müəssisələri arasında səmərəli əməkdaşlığın qurulmasına, mövcud əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Xəbər lenti
25/11/2019 [23:59]:
İranda hakimiyyətə dəstək yürüşü keçirilib
25/11/2019 [22:34]:
Tbilisidə parlament binası yaxınlığında aksiya keçirilib
25/11/2019 [21:41]:
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
25/11/2019 [21:08]:
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
25/11/2019 [20:50]:
"Qəbələ"nin məşqçisi: "Klubun yaşayacağına inanıram"
25/11/2019 [19:27]:
Bakıda ikisi uşaq olmaqla 3 nəfəri avtomobil vurub
25/11/2019 [18:47]:
Koçaryanın azad edilməsi tələbi ilə imzatoplama kampaniyası başlayıb
25/11/2019 [17:31]:
2 tondan çox narkotik daşıyan sualtı gəmi saxlanılıb
25/11/2019 [16:56]:
Rumıniyada yeni prezident seçilib
25/11/2019 [16:00]:
“Sevgi şərbəti” operası nümayiş edilib
25/11/2019 [15:50]:
Azərbaycanda gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyasına start verilir
25/11/2019 [15:25]:
Bu şəxs 286 dəfə evlənib - Foto
25/11/2019 [14:47]:
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5 faiz artıb
25/11/2019 [14:36]:
Ağcabədidə raket aşkarlanıb
25/11/2019 [14:30]:
“Uşaq pulunun verilməsi millətin tələbidir”
25/11/2019 [14:11]:
Deputat: “Anaların sosial müdafiəsi ilə bağlı addımlar atmaq lazımdır”
25/11/2019 [13:50]:
Paytaxtda tələbələr arasında dava olub - Xəsarət alanlar arasında polis də var
25/11/2019 [13:27]:
Səfir Quranla bağlı qalmaqala görə Pakistan XİN-ə çağırılıb
25/11/2019 [13:21]:
“Şəhid ailələrinə 2-ci dəfə mənzil növbəsində dayanmaq hüququ verilsin”
25/11/2019 [12:51]:
180-ə yaxın iğtişaş lideri saxlanılıb
25/11/2019 [12:22]:
Çaylarda suyun səviyyəsində artım müşahidə olunub
25/11/2019 [12:02]:
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirə edilir
25/11/2019 [11:47]:
Əli Əhmədov: “Uğursuz müxalifətin taleyi başqa cür ola bilməz”
25/11/2019 [11:43]:
Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb
25/11/2019 [11:33]:
Azərbaycan-İran sərhədində silahlı insident – 1 nəfər ölüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azercell-in Rominqi millər qazandırır!
Mühacir biznesi ilə bağlı yeni faktlar açıqlandı: "Almaniyadan deport olunanların pasportlarını girov saxlayıblar”
"49 ölkədə Açıq Hökumət planları hazırlanır"
Hindistan biznes nümayəndə heyəti Bakıda səfərdədir
Hindistan mətbuatı: “CPEC layihələri yüksək faiz dərəcələri ilə həyata keçirilir”
Miroslav Layçak Azərbaycana gəlir
Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb
Mikayıl Cabbarova yeni vəzifə verilib
Qrizmann Messiyə görə "Barselona"dan ayrılmaq istəyir
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin