9 oktyabr 2019-cu il tarixində Qazaxıstanın Bakıdakı Səfirliyində Ali biznes məktəbinin (NU ABM) nümayəndələri biznes təhsilində maraqlı olan tələbələr, şirkətlər və universitetlər üçün tədris proqramları və akademik əməkdaşlıqla bağlı təqdimat keçirib
İstiqlal.az xəbər verir ki, görüşdə Ali biznes məktəbinin dekanı, professor Patrik Düpark və Dyuk Universitetinin Fukua biznes məktəbinin biznesin inkişafı üzrə icraçı direktoru Robert Olinqer iştirak edib. Təqdimat zamanı professor Patrik Düpark görüş iştirakçılarına ABM-in akademik proqramları, qəbul şərtləri, xarici tələbələrin təhsili üçün unikal imkanları və biznes məktəbinin nailiyyətləri, həmçinin, məktəbin AACSB beynəlxalq akkreditasiyadan keçmə prosesi barədə danışıb. Bundan başqa, professor Orta Asiya regionun beynəlxalq ticarətin inkişafında önəmi və potensialı mövzusuna da toxunub: “Məktəbimiz rəhbərlər üçün MBA, əyani MBA və maliyyə elmləri üzrə magist kimi proqramları üzrə tədris imkanları verir. 2020-ci ildə Erasmus+ proqramı ilə əməkdaşlıq çərçivəsində “İnsan resursların idarə edilməsi” adlı yeni proqramın açılması nəzərdə tutulub. Bundan əlavə, bizim qisamüddətli və akademik dərəcəli proqramları da var ki, bu proqramlar üzrə ABM-in bu günə qədər 3000-dən çox iştirakçısı məzun olub”.
Robert Olinqer NU ABM ilə Fukua biznes məktəbi arasında uzun illərdir sürən uğurlu əməkdaşlığın xüsusiyyətləri və Nazarbayev Universitetinin ABM proqramı tələbələri üçün ABŞ-da beynəlxalq rezidensiyanın imkanları və xüsusiyyətləri barədə danışıb.
Vurğulanıb ki, 2010-cu ildə təsis edilən Nazarbayev Universiteti beynəlxalq səviyyəli araşdırma institutuna çevrilməyi hədəfini qoyub. Nazarbayev Universitetinin əsas xüsusiyyətləri bunlardır: qanunvericiliklə nəzərdə tutulan akademik azadlıq və institusional muxtariyyat, əsasən beynəlxalq professor-müəllim heyəti, ingilis dili əsas tədris dili kimi və elmi araşdırmaların keçirilməsi, qəbul və sonkarı təhsil üçün ciddi akademik tələblər, həmçinin bakalavriat proqramlarından başlayaraq təhsilin və elmin inteqrasiyası.
Qeyd edilib ki, Nazarbayev Universitetinin Ali Biznes Məktəbi regionun ən yüksək biznes araşdırma məktəblərdən biridir və onun missiyası Qazaxıstanda və Orta Asiyada yeni nəsl biznes liderlərin hazırlaması və biznes araşdırmalar keçirilməsi nəticəsində əldə olunan yeni biliklərin yayılması vasitəsi ilə cəmiyyətə müsbət təsir göstərməkdən ibarətdir. NU ABM-in təsis olunandan bəri onun strateji tərəfdaş qismində ABŞ-ın biznes məktəbləri reytinqində aparıcı yerləri tutan Dyuk Universitetinin Fukur biznes məktəbi çıxış edir.