Avstriya qonşu dövlətlərlə sərhəd nəzarəti müddətini uzadıb

09/10/2019 [14:00] - Dünya (83)



Almaniya Avstriya ilə sərhəd nəzarəti müddətini bu il noyabrın 11-də daha altı ay müddətinə uzadacağını elan etdikdən sonra Avstriya tərəfi də qonşu Macarıstan və Sloveniya ilə sərhəd nəzarəti müddətini artırıb. Bu barədə xəbəri Avstriyanın Daxili İşlər Naziri Volfqanq Peşorn Avropa İttifaqı ölkələri Daxili İşlər nazirlərinin toplantısında bildirib.

AZƏRTAC xəbər verir ki, nazir bu addımı miqrasiya axınına daha yaxşı nəzarət edə bilmək imkanı ilə izah edib: “Təcrübə göstərib ki, Avropanın mərkəzində sərhəd nəzarətinin həyata keçirilməsi bir tərəfdən miqrasiya axını üzərində müsbət effekt göstərir, digər tərəfdən isə cinayətkar insan qaçaqlarını aşkarlamağa kömək edir. Ona görə də bu proses davam etdirilməlidir”.

Noyabrın ortalarından müddəti uzadılan sərhəd nəzarəti gələn ilin may ayınadək qüvvədə olmalıdır. Almaniya kimi Avstriya tərəfi də bu müddət başa çatdıqdan sonra onun uzadılacağına aydınlıq gətirməyib. Avstriyalı nazir macar və sloven həmkarları ilə sərhəd nəzarəti müddətinin uzadılmasının sərhədyanı ərazidə yaşayan əhali üçün mümkün qədər problemsiz həyata keçirilməsi barədə də fikir mübadiləsi apardığını bildirib.

Qeyd edilməlidir ki, Şengen məkanına daxil olan ölkələr arasında sərhəd nəzarətinin həyata keçirilməsi qısa müddət üçün və xüsusi hallarda nəzərdə tutulur. Qaçqın axınının 2015-ci illə müqayisədə kəskin şəkildə azaldığı bir vaxtda Avstriyanın bu addımı Şengen məkanında sərbəst hərəkətin məhdudlaşdırılması kimi dəyərləndirilir və hüquq müdafiəçiləri tərəfindən tənqid olunur.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
26/11/2019 [10:00]:
Atəşkəs 22 dəfə pozulub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin