Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub

09/10/2019 [13:30] - Mədəniyyət (57)



Oktyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub.

İstiqlal.az xəbər verir ki, gecədə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, yazıçının “Böhtan”, “Sabahın sorağında”, “Bahar yağışı” əsərləri Azərbaycan romanları sırasında öz layiqli yerini tutub. Onun böyük ustalıqla ərsəyə gətirmiş olduğu hekayələri də geniş oxucu auditoriyası qazanıb.

Vaqif Əliyev qeyd edib ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğinə böyük ehtiramla yanaşan dövlətimizin başçısı bu sahədə çalışan insanları yüksək qiymətləndirir və davamlı olaraq onları fəxri adlar, mükafatlarla təltif edir. Hüseyn İbrahimovun yaradıcılığına verilən qiymət də bu istiqamətdə atılan addımlardan biridir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Hüseyn İbrahimovun AYB-nin Naxçıvan bölməsində əvəzsiz xidmətlərindən danışıb.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbi mühitində Hüseyn İbrahimovun mövqeyindən söz açıb. Qeyd edib ki, ədəbiyyatımızda “50-cilər” nəsli ayrı-ayrılıqda öyrənilməsə də, onun nümayəndəsi Hüseyn İbrahimov 60-cı illərdə Azərbaycan realist ədəbiyyatının böyük ənənələrinə qayıdışının əsasını qoyanlardan idi. Xalq şairi Bəxtiyar Vahabzadə, Qabil, Nəbi Xəzri, İslam Səfərli, Xalq yazıçısı İsmayıl Şıxlı kimi Hüseyn İbrahimov da ədəbiyyatı ideologiyadan həyata yaxınlaşdıran, sadə insanların taleyini əks etdirən yazarlardan biri olub. Onun əsərlərində ilk dəfə olaraq sovet adamlarının səhvlərindən bəhs olunurdu. Bu, sovet ədəbiyyatı “buzları”nın artıq əriməyə başladığını göstərirdi.

Bədii hissə ilə davam edən tədbirdə Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı çıxış edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur. Əməkdar artist Nuriyyə Hüseynova, müğənnilər Sərxan Bünyadzadə və Rovşən Əziz “Naxçıvan təranəsi”, “O Naxçıvandır”, “Araz üstü şəhərim” və digər mahnıları səsləndiriblər.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
26/11/2019 [10:00]:
Atəşkəs 22 dəfə pozulub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin