Səfir: “Almaniya Azərbaycanda səfirlik açan ilk ölkələrdəndir”

03/10/2019 [22:00] - Siyasət (154)



Almaniyanın Bakıdakı səfirliyi ölkənin milli bayramı - Alman Birliyi Günü münasibəti ilə rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Volfqanq Maniq çıxış edərək Alman Birliyi Gününün tarixindən danışıb.  Səfir deyib  ki, bu,  Almaniya Federativ Respublikasının milli bayramıdır, bu bayram 3 oktyabr 1990-cı ildə şərqi və qərbi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin rəmzidir. Almaniyanın birləşməsi  İkinci Dünya Müharibəsindən sonra dörd onlillik davam edən Soyuq Müharibə dövrünün nəticəsi olan Almaniyanın bölünməsinə son qoyub: “30 il əvvəl, 7 oktyabr 1989-cu ildə Saksoniyanın Plauen şəhərində 20.000 insan “Cəmiyyətdə Demokratik İslahatlar Təşəbbüsü” adlı qrupun dəvəti ilə şəhər mərkəzinə toplaşıb. Alman Demokratik Respublikasında toplaşmaq və islahatları tələb etmək çağırışı yalnız 180 ədəd məlumat vərəqələri ilə təbliğ edilmişdi, çünki ADR-də printerlər qadağan olunmuşdu.  Çox sayda təhlükəsizəlik xidməti əməkdaşlarını helikopter və iki yanğınsöndürən maşından su şırnağı kimi istifadə edərək insanları qorxutmaq istəyirdi, buna nail ola bilmədilər və günün sonunda təhlükəsizlik xidmətinin əməkdaşları geri çəkildi. İki gün sonra 70.000 insan “Xalq bizik!”, “Zorakılığa yox” şüarları ilə yürüşı çıxdı. Silahlı heç bir atəş açmadan geri çəkildi. Bir neçə həftə sonra 500 mindən çox insan Şərqi Berlinin mərkəzindəki Aleksanderplatsda yenidən toplaşıb islahatlar tələb etdi. Nəhayət, 9 noyabr 1989-cu ildə Berlin Divarı söküldü və Soyuq Müharibə dövründə Şərqi və Qərbi bir-birindən ayıran sərhəd açıldı”. Çıxışına davam edən V.Maniq deyib ki, 30 il əvvəl baş verən hadisələrlə bağlı gəldiyi qənaətə görə, azadlıqda yaşamaq, dinc toplaşmaq cəzalanmaqdan qorxmadan fikir bildirmək imtiyazından istifadə etmək istəyi dünyanın digər yerlərində də mövcuddur. 

Azərbaycanla əlaqələrə toxunan diplomat deyib ki, Almaniya  Azərbaycanda səfirlik açan ilk ölkələrdəndir. 1992-ci ildən bu günə kimi çox şey əldə etdiyini vurğualayan V.Maniqin fikrincə, Azərbaycan Almaniyanın Cənubi Qafqazda yalnız ən vacib iqtisadi tərəfdaşı deyil, Almaniyadan iqtisadi və siyasi nümayəndə heyətləri mütəmadi olaraq Azərbaycana gəlir. 

Sonda Azərbaycanda yaşayan həmvətənlərinə müraciət edən diplomat onlara bu ölkədə fəaliyyətinə görə, təşəkkür etməyi də unutmayıb: “Səfirliyin heyəti kimi həm də siz Almaniyanın səfirlərisiniz. Bu günkü bayramı qeyd edərək xatırlamalıyıq ki, azadlıq adi bir şey deyil. Azadlıq hər zaman digərinin azadlığıdır. Bu o deməkdir ki, biz bir-birimizə hörmətlə yanaşmalıyıq – xüsusilə, dünyanın bu bölgəsində. Gərək cəmiyyətdə insanı alçaltma və ona qarşı hörmətsizlik, fikir ayrılığına və ya başqa xalqa mənsub olduğu üçün nifrətə yer olmasın. Siz bu prinsiplərlə burada yaşayırsınız”.  
Azərbaycan hökuməti adından alman xalqını bayram münasibəti ilə təbrik edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib ki, bir çox beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür və bu da Azərbaycan və Almaniya arasında yüksək səviyyəli əlaqələrin olduğuna sübutdur: “Ölkələrimiz çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycan Almaniya ilə bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə böyük əhəmiyyət verir”. Ticari əlaqələrdə müsbət irəliləyişlərin müşayət edildiyini deyən nazir bildirib ki, cari ilin 7 ayı ərzində ikitərəfli ticari dövriyyədə  əvvəlki illərlə müqayisədə 24 faiz artım olub.  

Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
26/11/2019 [10:00]:
Atəşkəs 22 dəfə pozulub
26/11/2019 [09:48]:
Bakıda daha 6 tələbə zəhərləndi
25/11/2019 [23:59]:
İranda hakimiyyətə dəstək yürüşü keçirilib
25/11/2019 [22:34]:
Tbilisidə parlament binası yaxınlığında aksiya keçirilib
25/11/2019 [21:41]:
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
25/11/2019 [21:08]:
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
25/11/2019 [20:50]:
"Qəbələ"nin məşqçisi: "Klubun yaşayacağına inanıram"
25/11/2019 [19:27]:
Bakıda ikisi uşaq olmaqla 3 nəfəri avtomobil vurub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin