Çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsinə başlanılıb

16/09/2019 [16:17] - Gündəm (94)



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına və tapşırıqlarına əsasən ölkəmizin hər bir guşəsində, o cümlədən paytaxt Bakının bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır.

Trend-in məlumatına görə, verilmiş tapşırıqların uğurlu icrası ilə bağlı son illərdə Xəzər rayonunda da geniş abadlıq-quruculuq işləri aparılıb, o cümlədən rayonun mərkəzi küçələri ilə yanaşı qəsəbədaxili küçələrində asfaltlanma işləri görülüb, küçə və prospektlərdə işıqlandırma sistemləri yenilənib, yeni istirahət parkları salınıb, rayonun su xətləri ilə təmin olunmayan ərazilərində yeni içməli su şəbəkələri qurulub, çoxmənzilli binaların sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilməkdədir.

Belə ki, ölkə prezidentinin tapşırığına əsasən, rayonda çoxmənzilli binaların dam örtüklərinin yenilənməsi işlərinə başlanılıb.

Hazırda işlər rayonun 3 qəsəbəsində olmaqla 1711 sakinin yaşadığı, 448 mənzildən ibarət 8 binada aparılır. Bunlar Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi 1, Saəddin Dadaşov küçəsi 4, Buzovna qəsəbəsi V.Seryogin küçəsi 12, Albalılıq yaşayış sahəsindəki 2, 7,11, Binə qəsəbəsi İ.Əhmədov küçəsi 2 və Əli İsazadə küçəsi 1 nömrəli çoxmənzilli yaşayış binalarıdır.

Yaşadıqları binaların təmir olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda, eləcə də Xəzər rayonunda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Xəbər lenti
25/11/2019 [14:47]:
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5 faiz artıb
25/11/2019 [14:36]:
Ağcabədidə raket aşkarlanıb
25/11/2019 [13:50]:
Paytaxtda tələbələr arasında dava olub - Xəsarət alanlar arasında polis də var
25/11/2019 [13:27]:
Səfir Quranla bağlı qalmaqala görə Pakistan XİN-ə çağırılıb
25/11/2019 [12:51]:
180-ə yaxın iğtişaş lideri saxlanılıb
25/11/2019 [12:22]:
Çaylarda suyun səviyyəsində artım müşahidə olunub
25/11/2019 [12:02]:
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirə edilir
25/11/2019 [11:47]:
Əli Əhmədov: “Uğursuz müxalifətin taleyi başqa cür ola bilməz”
25/11/2019 [11:43]:
Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb
25/11/2019 [11:33]:
Azərbaycan-İran sərhədində silahlı insident – 1 nəfər ölüb
25/11/2019 [11:22]:
ABŞ “Şimal axını - 2” layihəsinə qarşı sanksiya tətbiq edə bilər
25/11/2019 [11:01]:
Əli Həsənov azərbaycanlıların xatirəsinin anım mərasiminə qatılıb - Şimali Osetiya-Alaniyada
25/11/2019 [10:57]:
Əli Əsədov sürüşmə ərazisinə gəlib
25/11/2019 [10:42]:
Uzun müddət sürən yağışlar daşqınlara səbəb oldu, itkin düşənlər var
25/11/2019 [10:00]:
Cüdoçumuz beynəlxalq turnirdə gümüş medal qazanıb
25/11/2019 [09:43]:
Bibiheybət məscidi yaxınlığında növbəti torpaq sürüşməsi baş verib
24/11/2019 [23:59]:
149 miqrant xilas edildi
24/11/2019 [22:32]:
Beyləqanda yanğın olub
24/11/2019 [21:44]:
"Zirə" öz meydanında "Keşlə"yə qalib gəlib
24/11/2019 [20:50]:
Etiraz aksiyası zamanı bank qarət olunub
24/11/2019 [19:50]:
Bakıda yol sürüşməsi olub - Hərəkət məhdudlaşdırılıb
24/11/2019 [18:14]:
Rusiyanın peyki orbitdən çıxaraq atmosferdə yanıb
24/11/2019 [18:12]:
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya mediasına müsahibə verib
24/11/2019 [17:22]:
Kürdəmirdə ağır qəza - Ölənlər var
24/11/2019 [16:23]:
Mourinyo "Tottenhem"də qələbə ilə debüt edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azercell-in Rominqi millər qazandırır!
Mühacir biznesi ilə bağlı yeni faktlar açıqlandı: "Almaniyadan deport olunanların pasportlarını girov saxlayıblar”
"49 ölkədə Açıq Hökumət planları hazırlanır"
Qüdrət Həsənquliyev: "Əli Kərimli heç əlindəki silahla boş butulkaya da atəş açmayıb"
Hindistan biznes nümayəndə heyəti Bakıda səfərdədir
Hindistan mətbuatı: “CPEC layihələri yüksək faiz dərəcələri ilə həyata keçirilir”
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb
Miroslav Layçak Azərbaycana gəlir
Mikayıl Cabbarova yeni vəzifə verilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin