5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Hindistanın ölkəmizdəki səfirliyi silsilə tədbirlərini davam etdirir.
İstiqlal.az xəbər verir ki, 10 iyunda Bakıda və bölgələrdə müxtəlif tarixlərdə keçiriləcək tədbir 24 iyuna yekunlaşacaq. 14 iyun saat 18:30 - Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, 15 iyun 18:30 - da Qəbələ Əyləncə Mərkəzi, 16 iyun saat 11:00 -da Qobustan Milli Tarixi-Bədii Qoruğu, 16 iyun saat 19:00 -da Bakı Dənizkənarı Bulvarı ( YARAT mərkəzinə yaxın) yoqa həvəskarlarını bir yerə toplayacaq.