“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılıb

12/04/2019 [23:28] - Mədəniyyət (329)



12 Aprel 2019-cu il tarixdə İtaliyanın paytaxtı Roma şəhərində bizim eranın 9-cu əsrində Dostluq və Qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində 2019-cu il 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutdu.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edirdi.

Proqrama əsasən ilk olaraq media nümayəndələri üçün nazir Azad Rəhimov, MOK vitse prezidenti Çingiz Hüseynzadə, AOK-nin prezidenti Janez Koçijançiç, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat konfranası keçirildi.

Müxtəlif media qurumlarının iştirakı ilə baş tutan mətbuat konfransında Bakıda iyul ayında gerçəkləşəcək 15-ci Avropa Olimpiya Gənclər Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirildi ki, 15-ci Avropa Olimpiya Gənclər Festivalı 21 aprel tarixindən Bakıda start götürəcək və oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə Avropa Olimpiya Gənclər Festivalının loqosu, daşıdığı məna, bununla yanaşı, maskotlar: cırtdan və Qafqaz bəbiri haqda da məlumat verildi. Artıq könüllülərin seçiminin bitdiyi, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırıldı.

AOK-nin prezidenti Janez Koçijançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını və Avropa Olimpiya Gənclər Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirdi.

Daha sonra tədbirin rəsmi açılış mərasiminə start verildi. Çıxış edən gənclər və idman naziri Azad Rəhimov məhz bu gündən etibarən yarşlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə daşıyan tarixi Ara Pasis muzeyində gerçəkləşməsinin xüsusi məna daşıdığını diqqətə çatdırdı. Nazir Azad Rəhimov 2018-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Bakı 2019” Təşkilat Komitəsinin yaradıldığını tədbir iştirakçılarına bildirdi.

Nazir Azad Rəhimov çıxışında deyib: “Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi “”Odlar diyarı” adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunlaırn məşəli qədim Romadan, tarixi Bakıya, Odlar diyarına gedəcək. Eyni zamanda, Qədim Zeytun Ağacı da, Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclər Olimpiya Festivalının dərin köklərini nümayiş etdirmiş olur.”

Çıxışının davamında nazir Bakının 15-ci Avropa Gənclər Olimpiya festivalına hazırlıqları barədə məlumat verib, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş mötəbər idman tədbirləri haqda da qısaca söz açıb.

Proqramın davamı olaraq, sülhün rəmzi olan Zeytun ağacı AOK-nin rəsmiləri tərəfində Azərbaycan nümayəndə heyətinə təqdimat edilib.

Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov (Yunan roma güləşi. Olimpiya çempionu 2004, Dünya çempionu 2007, 2009), cüdoçu Kəramət Hüseynov (2017, U23 Avropa çempionatı bürünc medal və 2018 Böyüklər arasında Avropa kuboku, bürünc medal) və voleybolçu Raziyə Əliyeva (2018 Yeniyetmələr arasında Voleybol çempionatı, qizil medal) iştirak ediblər.

Daha çox, nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanez Kojancicə, o isə gənc Raziyə Əliyevaya təqdim etdi.

Əlavə olaraq bildirək ki, Romaya səfəri çərçivəsində nazir Azad Rəhimov Mədəniyyət üzrə Pontifik Şurasının sədri Kardinal Gianfranko Ravasi ilə görüşüb. Görüş çərçivəsində Vatikan tərəfindən tezliklə yaradılacaq İdman Assosiasiyası “Atletiko Vatican” ilə əməkdaşlığın qurulması, Pontifikin Mədəniyyət Şurasının Gənclər Təşkilatı, Pontifikin Mədəniyyət Şurasının nəzdində fəaliyyət göstərən Ərəb və İslam Sivilizasiyası tətqiqi İnstitutu ilə Azərbaycanın müvafiq elm və təhsil sahəsində əməkdaşlığının təşkili, hər iki ölkənin gənc arxeoloqlarının təcrübə mübadiləsi proqramlarının qurulması məsələləri müzakirə olundu.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
02/06/2020 [23:59]:
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
02/06/2020 [22:33]:
Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər
02/06/2020 [21:37]:
ABŞ Venesuelaya sanksiyaları genişləndirdi
02/06/2020 [20:26]:
İlin əvvəlinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 870,3 mln. manat olub
02/06/2020 [18:30]:
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
02/06/2020 [18:18]:
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02/06/2020 [17:35]:
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
02/06/2020 [17:00]:
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
02/06/2020 [16:50]:
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
02/06/2020 [14:00]:
Nəsimi rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib
02/06/2020 [13:46]:
Lukaşenko: "Belarusda "Maydan" olmayacaq"
02/06/2020 [13:14]:
Azərbaycan manatının dövretmə sürəti azalıb
02/06/2020 [12:42]:
Kukla Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb
02/06/2020 [12:20]:
Aşağı liqaya düşən klub 18 futbolçusu ilə yollarını ayırdı
02/06/2020 [11:35]:
Rusiyada işsizlərin sayını açıqlanıb
02/06/2020 [11:15]:
Merkel: "Vaksin və ya dərman yaradılmayınca pandemiya davam edəcək"
02/06/2020 [10:56]:
Bu ay 10 gün qeyri-iş günü var
02/06/2020 [10:42]:
UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
02/06/2020 [10:00]:
Səhiyyə naziri: “Belə getsə, koronavirusa məğlub olacağıq”
02/06/2020 [09:24]:
Mehman Hüseynov xərçəngə tutuldu
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Nəsimi rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
Mehman Hüseynov xərçəngə tutuldu
Pakistanın BMT-də İƏT nümayəndələri qrupunu yaratmaq təklifi uğursuzluqla nəticələnib
İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
Bu ay 10 gün qeyri-iş günü var
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI
Azərbaycan manatının dövretmə sürəti azalıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin