Sürücülərə xəbərdarlıq edildi - rəsmi

04/01/2019 [23:29] - Gündəm (291)



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir. Belə ki, bir çox hallarda sürücülər avtomobilləri məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:

"Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur".

O.Məmmədovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tapşırığı ilə qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti iki gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. (Trend)
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin