Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib – 3 milyard dollar

21/09/2018 [13:39] - İqtisadiyyat (830)



Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı cinayət işi davam etdiriləcək. Gələn ay, oktyabrın 14-də Beynəlxalq Bankın keçmiş sədrinin cinayət işi üzrə məhkəmənin yekunlaşması və onun 15 illik həbs həyatının ikinci ili tamam olacaq. 

Təbii ki, növbəti mərhələdə davam etdiriləcək məhkəmə istintaqının yekununda sabiq bankirə əlavə iş verilib-verilməyəcəyi bəlli olacaq, bu öz yerində.

Bilməyənlər üçün xatırladım ki, Cahangir Hacıyev indiyədək yalnız bir epizodda mühakimə olunub və 15 il həbs cəzası alıb. Lakin onun üzərində hələ xeyli cinayət işləri var – çirkli pulların yuyulmasından mənimsəməyə qədər…

Beynəlxalq Bankdakı mənbələrdən aldığım məlumata görə, məhkəmə işinin iki il əvvəl başa çatan birinci mərhələsində Hacıyev bankın 90 milyon manatadək vəsaitini “VİP” kartlar vasitəsilə şəxsi ödənişlərinə, sürdüyü lüks həyata sərf edərək taladığına görə müttəhimlər kürsüsündə oturmuşdusa, bu dəfə söhbətin milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedəcəyi gözlənilir.

İndiyədək mətbuatda belə bir fikir formalaşmışdı ki, istintaq araşdırmaları “Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu ”hörümçək toru"nu tam açmaqda acizdir.

Ancaq hökümdən iki il keçəndən sonra ona qarşı olan cinayət işinin davam etdirilməsi, konkret olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülməsi onu deməyə əsas verir ki, deyəsən bu dəfə istintaq C.Hacıyevin birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, sənədləşmə aparılmadan xaricdə səpələnən kreditlərin izinə düşüb.

Mənbənin bildirdiyinə görə, Hacıyev Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay, və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərib.

Hacıyevin irəli sürülən ittihamlardan biri də onun qondarma “Abxaz Respublikası”na "pul yatırmasıdır". Fikrimcə, separatizmdən neçə illərdi əziyyət çəkən Azərbaycanın dövlət bankının regionda strateji partnyoru olan Gürcüstanın separatçı bir vilayətinə investisiya yatırmasının aidiyyəti dövlət qurumlarının diqqətindən yayınması ayrıca müzakirə olunmalıdır.

Mənbənin məlumatına görə, Beynəlxalq Bankın nizamnamə kapitalının qohumların, sürücülərin xadimələrin, bağbanların adına kreditlər rəsimləşdirməklə süni şəkildə artırılması, bankın Müşahidə Şurasının qərarlarının icra olunmaması, əvəzində isə İdarə Heyətinin qərarları əsasında rəsimləşdirilərək 1 milyard manatdan çox vəsaitin ölkədən çıxarılması və talanması, 2007-ci ildən bankın likvidliyinin itirilməsinə baxmayaraq xaricdə lobbi işlərinə, xüsusiylə özünün yüksək imicinin formalaşdırılmasına milyonlarla dolların xərclənməsi, mükafatların alınması növbəti məhkəmə araşdırmalarının əsas mövzuları olacaq.

Mənbənin məlumatına görə, mükafatlara və fəxri adlara xüsusi düşkünlüyü olan sabiq bankir hər il bunun üçün bir-neçə milyon xərcləyirmiş. Beynəlxalq Bank dövlətə məxsus olduğundan, adətən bu bankın reytinq dərəcəsi də beynəlxalq qiymətləndirmədə həmişə ölkənin reytinqinə uyğun olaraq yüksək olurdu. Və sabiq bankir də bundan sui-istifadə edərək özünü hər yerdə Qafqazın ən böyük bankının rəhbəri kimi təqdim edirdi.

Adi vətəndaşın Beynəlxalq Bankdan bir-neçə min manat kredit alması üçün həftələrlə get-gələ salındığı, kredit alamaq şansının faktiki olaraq mümkünsüz olduğu halda C.Hacıyev şəxsi sürücüsünə, xidmətçisinə milyonlarla dollar kredit yazdıraraq dövlət bankının xəzinəsini amansıscasına talayıb. 

Bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurlarından biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır.

E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

Beləliklə, C.Hacıyevə yeni yeni ittihamlar səslənir və sabiq bankirin dövlət vurduğu ziyanlar üzə çıxır. Doğrudur, hökumətin restrukturizasiya planı baş tutdu və nəticədə Azərbaycan dövləti 3 milyard dollarlıq borcla əlavə yükləndi. Bu isə təbii ki, balaca məbləığ deyil və Ermənistanın dövlət büdcəsinin xərclərindən belə çoxdur. 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 1 trilyon 465 milyard dram olub - təxminən 3 milyard dollar. Bu vəsaitlə Ermənistanın həm təhsil, həm səhiyyəsi, həm dövlət strukturları və ən başlıcası isə erməni ordusu maliyyələşir. Ancaq C.Hacıyevin dəstəsi bundan artıq vəsaiti ofşorlara daşıyaraq mənimsəyiblər.

Bir az öncə isə C.Hacıyevin siyasi dustaq elan edilməsi ilə bağlı məlumatlar dövriyyəyə buraxıldı. Bəzi hüquq müdafiəçiləri guya onun yalnız E.Mahmudovun qudası olması ilə bağlı qəzəbə tuş gəlməsini iddia edirdi. Halbuki C.Hacıyev E.Mahmudovdan 7 ay tez işdən azad edilmiş və haqqında cinayət işi açılmışdı. Yalnız London Ali Məhkəməsinin məlum qərarından sonra həmin hüquq-müdafiəçiləri “sakitləşdi”.

İndi düşünmək sadəlövlük olardı ki, Cahangir Hacıyevin bacısı vasitəsi ilə ölkə prezidentinə silsilə müraciətləri, guya ailələrinin təqib olunması (baxmayaraq ki, onun ailəsi İngiltərədə yaşayır), bir manatı belə mənimsəmədiyi barədə “səmimi etirafları” onun vəziyyətini yüngülləşdirəcək. Çünki, Cahangir Hacıyev və dəstəsi təkcə Azərbaycanın maliyyə və bank sektoruna ağır zərbə vurmayıb, ölkənin bütün iqtisadiyyatı, cəmiyyət, hər bir vətəndaş onun əməllərindən hələ uzun müddət əziyyət çəkəcək, verdiyi vergilərdən onun götürdüyü və mənimsədiyi vəsaitlərin borcunu ödəniləcək.
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Xəbər lenti
24/11/2019 [11:36]:
Ölkədə iğtişaşlara rəhbərlik edən 180 nəfər həbs edilib
24/11/2019 [11:18]:
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
24/11/2019 [10:50]:
Ərdoğan: "Suriyanın şimalında terror dövləti yaratmağa imkan vermədik"
24/11/2019 [10:13]:
Paytaxtın qədim divarları bələdiyyə tərəfindən bərpa edilir
24/11/2019 [10:00]:
Azərbaycan və Özbəkistan gömrük orqanları arasında sənəd imzalanıb
23/11/2019 [23:59]:
Narkotik vasitələrin satışı ilə məşğul olan şəbəkə üzvləri həbs edilib
23/11/2019 [23:23]:
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
23/11/2019 [22:26]:
Yaponiya ilə Koreya liderlərinin görüşünə dair razılıq əldə olunub
23/11/2019 [21:35]:
"Səbail"in qələbəsiz oyunlar seriyası 8-ə çatıb
23/11/2019 [20:53]:
Özbək sənət ulduzları Azərbaycanda konsert proqramı ilə çıxış ediblər
23/11/2019 [19:50]:
Türkiyənin Müdafiə naziri: “F-35”ləri ala bilməsək, alternativ yollara baş vuracağıq”
23/11/2019 [18:33]:
Samur çayı üzərindəki avtomobil körpüsü gələn ay istifadəyə verilə bilər
23/11/2019 [18:15]:
Mehriban Əliyeva “Azərbaycan” pavilyonunun açılışında iştirak edib
23/11/2019 [17:34]:
Mehriban Əliyeva: "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir"
23/11/2019 [17:13]:
Əsas kapitala yönəldilmiş vəsaitin 71,6 faizi sənaye və tikintiyə sərf olunub
23/11/2019 [16:50]:
Nazirlik restoran sahiblərinə xəbərdarlıq etdi: "İndidən tədbirlərini görsünlər”
23/11/2019 [16:29]:
Üç milyon il yaşı olan “Oylat mağarası”
23/11/2019 [16:25]:
Misirin Deputatlar Məclisinin birinci vitse-spikeri Prezident İlham Əliyevə təşəkkür edib
23/11/2019 [15:55]:
Prezident İlham Əliyev Jelko Komşiçi təbrik edib
23/11/2019 [15:47]:
PSJ “Lill”ə də qalib gəlib
23/11/2019 [15:27]:
Türkiyənin Diyanət İşləri Başqanı Prezident İlham Əliyevə təşəkkür edib
23/11/2019 [15:21]:
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
23/11/2019 [14:59]:
Patriarx Azərbaycan Prezidentinə təşəkkür məktubu ünvanlayıb
23/11/2019 [14:39]:
Tramp Pompeonun Kanzas ştatından senat seçkilərində namizədliyini dəstəkləyib
23/11/2019 [14:18]:
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Ürəyi vaxtsız qocaldan amillər
DİN: "Mitinqə 5,5 min nəfər qatılıb"
"49 ölkədə Açıq Hökumət planları hazırlanır"
Mühacir biznesi ilə bağlı yeni faktlar açıqlandı: "Almaniyadan deport olunanların pasportlarını girov saxlayıblar”
Qüdrət Həsənquliyev: "Əli Kərimli heç əlindəki silahla boş butulkaya da atəş açmayıb"
Hindistan biznes nümayəndə heyəti Bakıda səfərdədir
Hindistan mətbuatı: “CPEC layihələri yüksək faiz dərəcələri ilə həyata keçirilir”
Gənc oğlan öncə ana və bacısını sonra özünü öldürdü
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin