SOCAR: “Ötən il 89 neftçi ailəsi yeni mənzillərlə təmin olunub”

17/09/2018 [21:38] - İqtisadiyyat (312)



 2017-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə mənzil növbəsində olan 89 neftçi ailəsi “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonunda torpaq sahəsi ilə təmin olunub.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında qeyd edilib.

Hesabat SOCAR-ın 2017-ci təqvim ili üzrə əldə etdiyi əsas istehsalat və maliyyə göstəricilərini, Şirkət və onun struktur bölmələri ilə yanaşı, xaricdə fəaliyyət göstərən nümayəndəlik və törəmə şirkətlərinin Azərbaycanda və ölkə xaricində Davamlı inkişafı üzrə fəaliyyət nəticələrini özündə əks etdirir. Hesabatda bildirilir ki, Şirkət 2017-ci ildə büdcəyə 1,5 mlrd. manat həcmində ödəmələr edib, bu da 2016-cı illə müqayisədə 8% və ya 114,7 mln. manat çoxdur. Hesabat ilində Şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 7,4 mln. ton neft hasil edib, həmçinin quru və dəniz sahələrində 81 quyu qazaraq istismara təhvil verib. Dövr ərzində 5,9 mln. ton neft emal edilib.

2017-ci il ərzində qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədi ilə 1 886,2 km uzunluğunda yeni qaz kəmərləri çəkilib, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 221,1 km qaz kəməri əsaslı təmir olunub.

Hesabatda deyilir ki, 01.01.2018-ci il tarixində SOCAR üzrə işçilərin sayı 50 min nəfərdən artıq olub. 2017-ci il ərzində SOCAR-ın müəssisə və təşkilatlarında İnsan Resursları Departamentinin nümayəndələrinin iştirakı ilə Tarif-İxtisas (kvalifikasiya) Komissiyalarının, ümumilikdə, 61 iclası keçirilib. Bu iclaslarda 1934 nəfər işçinin Əməyinin Ödənilməsi Dərəcəsinin (ƏÖD) dəyişdirilməsi məsələsinə baxılmış, onlardan 1595 nəfərinin (82%) iddiası təmin olunub.

Bildirilib ki, ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə, 2991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Müalicəyə ehtiyacı olan 2 677 nəfər neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilib, Naftalan şəhərində 3 227 nəfərə yaxın işçinin müalicəsi təmin edilib.

SOCAR prezidenti Rövnəq Abdullayev 2017-ci ildə davamlı inkişaf istiqamətində görülən işlərlə bağlı deyib ki, Şirkətin biznes portfelinin davamlı şaxələndirilməsi və beynəlxalq neft bazarında bazar payının artırılması ən mühüm nailiyyətlərdən biridir: “2018-ci ildə SOCAR-ın strateji əhəmiyyətə malik 6 layihəsi - Türkiyədə TANAP Boru Kəməri və STAR neft emalı zavodu, Gürcüstan və Azərbaycanda “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “SOCAR Polymer” və Karbamid zavodunun inşası layihələri başa çatacaq. Hazırda şirkətimizin dəyər zəncirinin təkmilləşdirilməsi məqsədi ilə yeni layihələr hazırlanır - Azərbaycanda SOCAR GPC, qardaş Türkiyədə yeni tereftal turşusu zavodunun inşası ilə bağlı layihələndirmə işləri aparılır. Yaxın bir il ərzində bu istiqamətlərdə də yekun investisiya qərarlarının verilməsi planlaşdırılır”.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
02/06/2020 [16:26]:
"Real Madrid"in futbolçusu uzun müddətdən sonra zədəsini sağaltdı
02/06/2020 [15:48]:
“12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək
02/06/2020 [14:31]:
Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlanıb
02/06/2020 [13:46]:
Lukaşenko: "Belarusda "Maydan" olmayacaq"
02/06/2020 [13:14]:
Azərbaycan manatının dövretmə sürəti azalıb
02/06/2020 [12:42]:
Kukla Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb
02/06/2020 [12:20]:
Aşağı liqaya düşən klub 18 futbolçusu ilə yollarını ayırdı
02/06/2020 [11:35]:
Rusiyada işsizlərin sayını açıqlanıb
02/06/2020 [11:15]:
Merkel: "Vaksin və ya dərman yaradılmayınca pandemiya davam edəcək"
02/06/2020 [10:56]:
Bu ay 10 gün qeyri-iş günü var
02/06/2020 [10:42]:
UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
02/06/2020 [10:00]:
Səhiyyə naziri: “Belə getsə, koronavirusa məğlub olacağıq”
02/06/2020 [09:24]:
Mehman Hüseynov xərçəngə tutuldu
01/06/2020 [23:57]:
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
01/06/2020 [22:40]:
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
01/06/2020 [21:28]:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
01/06/2020 [20:32]:
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
01/06/2020 [18:56]:
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
01/06/2020 [16:50]:
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda tələbə aksiyası: Saxlanılanlar var...
Mehman Hüseynov xərçəngə tutuldu
Bu ay 10 gün qeyri-iş günü var
Səhiyyə naziri: “Belə getsə, koronavirusa məğlub olacağıq”
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub, 80 nəfər sağalıb, 5 nəfər ölüb
Beş ildə AÇG-nin iki platformasında hasilat artıb
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
Azərbaycan manatının dövretmə sürəti azalıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin