İrəvan Virtual Muzeyinin təqdimatı olub

06/07/2018 [17:22] - Mədəniyyət (428)



Bu gün "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "İnternet jurnalı vasitəsi ilə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği" layihəsi çərçivəsində İrəvan Virtual Muzeyinin təqdimatı olub. 
 
APA-nın məlumatına görə, tədbirdə çıxış edən "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, layihədə İrəvan qalasının 3D formatında yığılması nəzərdə tutulub, ancaq qalanın hər tərəfdən şəkli olmadığı üçün İrəvan qalasının 3D formatında yığılması mümkün olmayıb. 
  
V. Hüseynli bu səbəbdən irevan.az saytı çərçivəsində İrəvan Virtual Muzeyi yaradılmasını məqbul saydıqlarını qeyd edib: "Virtual Muzeydə 20 fotoşəkil var. Bu tədbirdə məqsəd peşəkarların fikirlərini dinləmək və İrəvan Virtual Muzeyini daha təkmil formada təqdim etməkdir". 
 

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı isə layihə çərçivəsində tarixi-onlayn jurnal formatının seçilməsini daha məqbul sayıb: "İrəvanın itirilmiş tarixi Azərbaycan torpaqlarının bir simvoludur. İrəvan bir simvol olduğu üçün, işğal altında olan ərazilərimiz, o cümlədən digər tarixi torpaqlarımız - Göyçə, Zəngəzur, başqa tarixi-coğrafi ərazilərimizlə bağlı məlumatları, fotoşəkilləri də saytda yerləşdirmək olar. Ermənilərin Qarabağa sonradan köçürüldüyünü təsdiq edən "Mağara-150" abidəsi ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fotoşəkillər var. Dövlət Komitəsinə müraciət edərək bu fotoşəkillər alına və bu saytda yerləşdirilə bilər. Tarixi-onlayn jurnalda bir xüsusi guşə yaradıla və tarixçilər də tarixi günlərlə bağlı məqalələr yaza bilərlər. Digər tərəfdən, İrəvanla bağlı dastanlar var, onları bu saytda yerləşdirmək olar. İrəvan xanlığının tarixi ilə bağlı məlumatları da bura daxil etmək olar. Bu tarixi-onlayn jurnalda APA TV-nin tariximizlə bağlı materiallarını da yerləşdirmək olar". 
 
V. Mahirqızı ixtisaslaşmış saytların açılmasının vacib olduğunu vurğulayıb: "Bizim tarixlə bağlı onlayn saytımız yoxdur. Müxtəlif dövlət fondlarının dəstəyi ilə bu saytın dayanıqlığı təmin oluna bilər".
 
"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə, iqtisadçı ekspert Samir Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, bu fondun eksperti Zaur İbrahimli layihə ilə bağlı təkliflərini bildiriblər. Bu təkliflər sırasında saytda elmi jurnallarda çıxan məqalələrin yerləşdirilməsi, məlumatların vizuallaşdırılması, saytda xatirələrlə bağlı guşənin yaradılması və s. olub. 
 
Tədbir çıxışlarla davam edib.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
16/05/2020 [15:18]:
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
16/05/2020 [14:34]:
Prezident daha bir icra başçısını işdən çıxartdı
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
26/11/2019 [10:00]:
Atəşkəs 22 dəfə pozulub
26/11/2019 [09:48]:
Bakıda daha 6 tələbə zəhərləndi
25/11/2019 [23:59]:
İranda hakimiyyətə dəstək yürüşü keçirilib
25/11/2019 [22:34]:
Tbilisidə parlament binası yaxınlığında aksiya keçirilib
25/11/2019 [21:41]:
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
25/11/2019 [21:08]:
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin