“Azərxalça”da yeni avadanlıqların təqdimatı olub

04/07/2018 [17:38] - Mədəniyyət (378)



Xalçanın istehsal prosesi bir neçə mərhələdən ibarətdir. Xalça ilkin mərhələdə toxunur, çırpılıb yuyulduqdan sonra istifadəyə, yaxud satışa hazır vəziyyətə gətirilir. İstər yeni istehsal olunmuş, istərsə də uzun müddət istifadə edilmiş xalçaların yuyulması çox vacib məsələdir. Çünki xalçanın təmizliyi insan sağlamlığı üçün önəmlidir. 

Əl üsulu ilə yundan toxunmuş xalçaların təmizliyinə isə xüsusi fikir verilməlidir. Yundan toxunmuş xalçalar daha tez tozlanır ki, bu da tənəffüs yollarının infeksion və xroniki xəstəliklərindən əziyyət çəkən insanlara öz mənfi təsirini göstərir. Yeni toxunmuş xalçaların üzərində həm yunun tozunun, həm də onu toxuyanın əlinin, istifadə olunmuş avadanlığın çirkinin olması xalçanın yuyulmasını zərurətə çevirir. Odur ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi xalçaları yuyulduqdan sonra satışa çıxarır.

Bu barədə Trend-ə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Cəmiyyətin emalatxanalarında xalçaların toxunması başa çatdırıldıqdan sonra onlar fısdıq ağacından hazırlanmış dolabda çırpılmaqla toz və xov qırıntılarından təmizlənir, təbii yuyucu vasitələrlə yuyulur, xüsusi qurğularda qurudulur.

İndiyədək istehsal olunmuş xalçalar əl üsulu ilə, xüsusi avadanlıqlardan istifadə edilmədən yuyulub təmizlənirdi. Bu günlərdə yeni avadanlıqların alınıb gətirilməsi əl əməyini xeyli yüngülləşdirib, xalçaların daha keyfiyyətli yuyulmasına şərait yaradıb.

İyulun 4-də “Azərxalça”nın fəaliyyət göstərdiyi mərkəzi ofisdə yeni xalçayuma avadanlıqlarının təqdimatı olub və onlar sınaqdan çıxarılıb. Yeni avadanlıqların təqdimatında Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.

Məlumat verilib ki, Türkiyədən alınıb gətirilən bu avadanlıqlar “Hilalfırça” şirkətinin istehsalıdır. Bu avadanlıq xalçanın ilməsinin dibində olan bütün tozları çıxarır, yunu yumşaldır və onun uzunömürlülüyünü artırır. Yeni texniki avadanlığın işlədilməsi çox sadədir. Yumşaq fırça ağızlığa malik avadanlıqla yuyulma zamanı xalça zədələnmir, xovunun elastikliyini, boyağının keyfiyyətini itirmir.

Bildirilib ki, “Hilalfırça” şirkəti bu sahədə keyfiyyətli avadanlıqlar istehsalı ilə tanınır. Şirkətin istehsal etdiyi məhsullar ABŞ, Rusiya, Almaniya, Gürcüstan və Qazaxıstana ixrac olunur. “Hilalfırça”nın məhsullarına üstünlük verilməsinin əsas səbəbi odur ki, bu şirkət əsasən xalçayuma avadanlığı istehsalı üzrə ixtisaslaşıb. Şirkətdə təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Məhz belə bir şirkətin istehsalı olan avadanlıqlar xalçaların keyfiyyətli yuyulmasına zəmanət verir.

Təqdimatda xalçaların müasir avadanlıqlardan istifadə olunmaqla standartlara uyğun şəkildə yuyulmasının əhəmiyyətinə toxunularaq qeyd edilib ki, xalçanın ev şəraitində təmizlənməsi onun orijinallığına xələl gətirə bilər. Ev şəraitində yuyularkən xalça uzun müddət nəm qalır, tez sıradan çıxır. Xalça yuyulduqdan sonra sıxılmalıdır ki, bunu da ev şəraitində həyata keçirmək çətindir.

Sonda yeni avadanlıqlar sınaqdan çıxarılıb.

Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
26/11/2019 [10:00]:
Atəşkəs 22 dəfə pozulub
26/11/2019 [09:48]:
Bakıda daha 6 tələbə zəhərləndi
25/11/2019 [23:59]:
İranda hakimiyyətə dəstək yürüşü keçirilib
25/11/2019 [22:34]:
Tbilisidə parlament binası yaxınlığında aksiya keçirilib
25/11/2019 [21:41]:
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
25/11/2019 [21:08]:
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
25/11/2019 [20:50]:
"Qəbələ"nin məşqçisi: "Klubun yaşayacağına inanıram"
25/11/2019 [19:27]:
Bakıda ikisi uşaq olmaqla 3 nəfəri avtomobil vurub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin