AMEA-da yeni təyinatlar oldu

29/06/2018 [21:29] - Mədəniyyət (413)



İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. 

Modern.az xəbər verir ki, öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli siyasi xadim  Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilmiş müsabiqənin qaliblərinə mükafatları təqdim edib. Müsabiqənin nəticələrinə əsasən 14 gənc alim mükafatlandırılıb.

Sonra “Magistr – 2018” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

İclasda müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ 2018-2023-cü illərdə AMEA-nın qarşısında duran vəzifələr haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə bildirib ki, AMEA-da elmi-texniki potensialın daha da inkişaf etdirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Qeyd edib ki, AMEA beynəlxalq elmi əlaqələrin genişləndirilməsini, nanotexnologiyalar, kiber-fiziki sistemlər, süni intellekt eləcə də başqa elm sahələrində tədqiqat proqramlarının işlənməsini və elmin inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsini başlıca hədəf kimi qarşıya qoymalıdır.

AMEA rəhbəri “Azərbaycan elminin inkişaf doktrinası” layihəsindən də danışıb. Layihədə elmin idarə edilməsi, təşkili və maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi, elmlə təhsilin inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsü ilə bağlı olub. Akademiyanın iyunun 8-də keçirilən Ümumi yığıncağında seçilmiş AMEA-nın prezidenti və AMEA Rəyasət Heyətinin yeni tərkibdə üzvləri arasında vəzifə bölgüsü qərarla təsdiq edilib.

Sonra AMEA-nın professorlarının koordinasiya şurasının yaradılması məsələsi müzakirə olunub. Bildirilib ki, şuranın yaradılmasında məqsəd AMEA-nın  professorları üçün müəyyən edilmiş  vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır. İclasın qərarına əsasən şura yaradılıb. Onun əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.  

Növbəti məsələ AMEA Rəyasət Heyətinin fəaliyyətinin səmərəliliyinin artırılması haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA rəhbəri fəaliyyətin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib. Akademik müzakirəyə təqdim edilən məsələlərin AMEA Nizamnaməsi ilə müəyyən edilmiş Rəyasət Heyətinin fəaliyyət istiqamətlərinə, müasir dünyanın elmi çağırışlarına, ölkəmizin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətə, Akadmemiyada həyata keçirilən islahatların prinsiplərinə uyğun olmasının vacibliyini vurğulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 14 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə bir sıra tapşırıqlar verilib.

Digər qərarla AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibinə qismən dəyişiklik edib. Bundan əlavə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiq edilib.

Sonda kadr məsələlərinə baxılıb. Tarix üzrə fəlsəfə doktoru Sevil Ağamaliyeva AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru Südabə Hüseynova AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar. Bundan başqa, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov isə həmin institutun elmi katibi vəzifələrinə təyin ediliblər.
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Xəbər lenti
26/11/2019 [20:50]:
Nazirlikdə təmir işlərinə başlanılır
26/11/2019 [19:40]:
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
26/11/2019 [18:45]:
Bu gün ÇL-də qrup mərhələsinin V turuna start veriləcək
26/11/2019 [17:33]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb
26/11/2019 [16:45]:
Dolların dəyərdən düşməsi proqnozlaşdırılır
26/11/2019 [15:50]:
“Türk filmləri həftəsi” başlayıb
26/11/2019 [15:22]:
6,4 bal gücündə zəlzələ olub
26/11/2019 [14:46]:
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər
26/11/2019 [14:24]:
285 min nəfər Rusiya vətəndaşlığı alıb
26/11/2019 [13:52]:
"WhatsApp"da yeni funksiya yaradılacaq
26/11/2019 [13:33]:
Konstitusiyanın 9 maddəsində dəyişiklik edildi
26/11/2019 [12:44]:
133 ton narkotik vasitə müsadirə edilib
26/11/2019 [12:15]:
"Sabah" Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi ilə müqavilə imzalayıb
26/11/2019 [11:35]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
26/11/2019 [11:22]:
Masazırda yanğın olub
26/11/2019 [10:33]:
Bu günün valyuta məzənnələri açıqlanıb
26/11/2019 [10:03]:
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
26/11/2019 [10:00]:
Atəşkəs 22 dəfə pozulub
26/11/2019 [09:48]:
Bakıda daha 6 tələbə zəhərləndi
25/11/2019 [23:59]:
İranda hakimiyyətə dəstək yürüşü keçirilib
25/11/2019 [22:34]:
Tbilisidə parlament binası yaxınlığında aksiya keçirilib
25/11/2019 [21:41]:
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
25/11/2019 [21:08]:
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
25/11/2019 [20:50]:
"Qəbələ"nin məşqçisi: "Klubun yaşayacağına inanıram"
25/11/2019 [19:27]:
Bakıda ikisi uşaq olmaqla 3 nəfəri avtomobil vurub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin