Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının sərgisi açılıb

28/06/2018 [12:51] - Mədəniyyət (352)



İyunun 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının əsərlərindən ibarət “Cari vəziyyət” adlı sərgi açılıb.

Trend-in xəbərinə görə, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin Gürcüstan Mədəniyyət Nazirliyi və Gürcüstan Milli Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gəldiyini bildirib. Diqqətə çatdırıb ki, sərgi ötən əsrin 80-90-cı illərində Gürcüstan təsviri incəsənətinin inkişafına töhfə vermiş 25 rəssamın yaradıcılığı ilə tanışlıq imkanı yaradır. Layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən Anar Ələkbərov sərginin bəyəniləcəyinə və xoş təəssüratlar yaradacağına ümidvar olduğunu deyib.

Sərginin kuratoru Çarlz Merevezer çıxışında ilk növbədə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə dərin minnətdarlığını bildirib. “Sərginin əsas məqsədi Azərbaycan ictimaiyyətini Gürcüstan incəsənətinə aid məqamlarla tanış etməkdir. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan regionun mühüm dövlətləridir. Onların arasındakı çox sıx münasibətlər həm də incəsənətin təşviqinə öz töhfəsini verir”, - deyən Çarlz Merevezer iki il yarım Gürcüstanda yaşamasından, bu ölkənin incəsənətini öyrənməsindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidəki nümunələr sırasında həm fərdi, həm də dövlət kolleksiyasına aid əsərlər yer alıb.

Sərgidə nümayiş olunan əsərlərin 1985-ci ildən sonra Gürcüstanda yaşanan dəyişiklikləri əks etdirdiyini diqqətə çatdıran Çarlz Merevezer deyib: “Bu əsərləri Nyu-York, London və Asiya regionuna məxsus incəsənətlə müqayisə etsək, 1980-1990-cı illərə aid olan və sonrakı dövrləri əhatə edən incəsənətin xüsusi məna kəsb etdiyini görərik. Sərginin digər bölümündə isə 2000-2005-ci illərə aid əsərlər də var ki, o vaxt Gürcüstan ötən əsrin 90-cı illəri ilə müqayisədə daha ağır dövrünü yaşayırdı. Biz incəsənətdə genişmiqyaslı dəyişikliklərin şahidi olacağıq”.

Sərginin koordinatoru və Gürcüstan Milli Muzeyinin kuratoru Lika Mamataşvili Gürcüstanın Mədəniyyət Nazirliyi və Milli Muzeyi adından Heydər Əliyev Mərkəzinə təşəkkür edib.

Tədbirdə çıxış edən rəssamlar burada əsərlərinin sərgilənməsindən şərəf duyduqlarını bildirərək bu sərginin Gürcüstan və Azərbaycan incəsənət xadimlərini bir araya gətirdiyini vurğulayıblar. Qeyd olunub ki, 70-ci illərdə Gürcüstan Rəssamlıq Məktəbində azərbaycanlı gənclər də təhsil alıblar və onların gürcüstanlı həmkarları ilə gözəl münasibətləri olub. Azərbaycanlı rəssamlar incə zövqlü əsərlər yaradırlar.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi Quram Tşibaxaşvili sevimli şəhəri Bakıya gəlməsindən və burada sərgi təşkil edilməsindən çox şad olduğunu deyib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Heydər Əliyev Mərkəzində təşkil edilən bu sərgini ölkənin incəsənət həyatında böyük hadisə kimi dəyərləndirib. Gürcü rəssamlarının əsərlərini yüksək qiymətləndirib və bu yaxınlarda Tbilisidə keçirilən festivaldan söz açıb.

Qeyd edək ki, “Cari vəziyyət” sərgisinin ekspozisiyasında Vaxo Buqadze, Levan Çoqoşvili, Malxaz Datukişvili, Giya Edzgveradze, Mişa Qoqriçiani, Mamuka Caparidze, Temo Cavaxişvili, Kote Cinçaradze, Karlo Kaçarava, Keti Kapanadze, Uşanqi Xumaraşvili, Luka Lasareişvili, Maya Naveriani, Koka Ramişvili, Lia Şvelidze, Murtaz Şvelidze, Kote Sulaberidze, Oleq Timçenko, Mamuka Tsetsxladze, Maya Tsetsxladze, Niko Tsetsxladze, Quram Tsibaxaşvili, Teona Çaparidze, İliko Zautaşvili və Daniel Spehrin əsərləri təqdim olunur.

1970-ci illərin sonunda başlayan və 2000-ci ilədək davam edən dövr Gürcüstanın müasir bədii və incəsənət istiqamətinin yüksəlişi ilə yadda qalıb. Əhəmiyyətli olmasına baxmayaraq, Gürcüstan incəsənətinin bu dövrü az tanınmış və kifayət qədər tədqiq edilməyib.

Sərgi avqustun 26-dək davam edəcək.
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Xəbər lenti
23/11/2019 [23:59]:
Narkotik vasitələrin satışı ilə məşğul olan şəbəkə üzvləri həbs edilib
23/11/2019 [23:23]:
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
23/11/2019 [22:26]:
Yaponiya ilə Koreya liderlərinin görüşünə dair razılıq əldə olunub
23/11/2019 [21:35]:
"Səbail"in qələbəsiz oyunlar seriyası 8-ə çatıb
23/11/2019 [20:53]:
Özbək sənət ulduzları Azərbaycanda konsert proqramı ilə çıxış ediblər
23/11/2019 [19:50]:
Türkiyənin Müdafiə naziri: “F-35”ləri ala bilməsək, alternativ yollara baş vuracağıq”
23/11/2019 [18:33]:
Samur çayı üzərindəki avtomobil körpüsü gələn ay istifadəyə verilə bilər
23/11/2019 [18:15]:
Mehriban Əliyeva “Azərbaycan” pavilyonunun açılışında iştirak edib
23/11/2019 [17:34]:
Mehriban Əliyeva: "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir"
23/11/2019 [17:13]:
Əsas kapitala yönəldilmiş vəsaitin 71,6 faizi sənaye və tikintiyə sərf olunub
23/11/2019 [16:50]:
Nazirlik restoran sahiblərinə xəbərdarlıq etdi: "İndidən tədbirlərini görsünlər”
23/11/2019 [16:29]:
Üç milyon il yaşı olan “Oylat mağarası”
23/11/2019 [16:25]:
Misirin Deputatlar Məclisinin birinci vitse-spikeri Prezident İlham Əliyevə təşəkkür edib
23/11/2019 [15:55]:
Prezident İlham Əliyev Jelko Komşiçi təbrik edib
23/11/2019 [15:47]:
PSJ “Lill”ə də qalib gəlib
23/11/2019 [15:27]:
Türkiyənin Diyanət İşləri Başqanı Prezident İlham Əliyevə təşəkkür edib
23/11/2019 [15:21]:
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
23/11/2019 [14:59]:
Patriarx Azərbaycan Prezidentinə təşəkkür məktubu ünvanlayıb
23/11/2019 [14:39]:
Tramp Pompeonun Kanzas ştatından senat seçkilərində namizədliyini dəstəkləyib
23/11/2019 [14:18]:
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
23/11/2019 [13:42]:
Mərakeşdə içərisində 16 balıqçı olan qayıq batıb
23/11/2019 [13:26]:
Şimal bölgəsində qarın hündürlüyü 22 sm-ə çatıb
23/11/2019 [12:40]:
Dünya bazarlarında təbii qaz bahalaşıb
23/11/2019 [12:22]:
“Qarabağ”ın 390 günlük rekord seriyası qırılıb
23/11/2019 [11:37]:
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Ürəyi vaxtsız qocaldan amillər
DİN: "Mitinqə 5,5 min nəfər qatılıb"
"49 ölkədə Açıq Hökumət planları hazırlanır"
Mühacir biznesi ilə bağlı yeni faktlar açıqlandı: "Almaniyadan deport olunanların pasportlarını girov saxlayıblar”
Qüdrət Həsənquliyev: "Əli Kərimli heç əlindəki silahla boş butulkaya da atəş açmayıb"
Gənc oğlan öncə ana və bacısını sonra özünü öldürdü
Hindistan biznes nümayəndə heyəti Bakıda səfərdədir
Hindistan mətbuatı: “CPEC layihələri yüksək faiz dərəcələri ilə həyata keçirilir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin