Qüdrət Həsənquliyev: Məni Türkiyəyə qarşı olmaqda yalnız ruhi xəstələr ittiham edə bilər

07/04/2018 [21:55] - Prezident seçkisi (94)



“Mən türk milli kimliyimlə fəxr edirəm. Məni Türkiyəyə qarşı olmaqda və Rusiyayönümlülükdə ittiham etmək yalnız ruhi xəstələr, bir də həmin məsələlərlə bağlı kompleksi olan, zamanında ciddi ictimai qınaqla üzləşənlər keçmişini unutdurmaq üçün ittiham edə bilər. Mən nə PKK lideri Dilanla görüşmüşəm, nə də gecə İran səfirliyindən gizli çıxanda tutulub ifşa olunmuşam”.

Bunu APA-y açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizəd Qüdrət Həsənquliyev deyib.

“Mənim masamın üstündə həmişə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağıda olub. Bu gün məni ittiham edənlər vaxtilə qəbuluma gələndə dəfələrlə bunu görüblər. Şəhidlər Xiyabanından Türkiyə bayraqları yığışdırılanda, bəziləri qorxudan susmuşdu. Mən isə Azərbaycan və Türkiyə bayraqlarının əksi olan döş nişanı taxıb parlamentə getdim, jurnalistlər də bunu işıqlandırdılar. Mən dəfələrlə parlamentdə Türkiyə ilə viza rejiminin aradan qaldırılması, ,Rusiyadan idxal olunan mallara görə 18% rüsum tutulduğu halda Türkiyədən idxala görə 36% vergi tutulmasının yolverilməzliyi, Bakının işğaldan azad olunmasında müstəsna rol oynamış Nuru Paşaya abidə qoyulmasının vacibliyi barədə məsələ qaldırmışam. Hətta mənim təşəbbüsümlə deputat həmkarım Fazil Mustafa ilə birlikdə baş nazirə bu abidənin qoyulmasına yer ayrılması barədə məktub da ünvanladıq” deyə, Həsənquliyev bildirib.

Prezidentliyə namizəd qeyd edib ki, həmişə torpaqlarımızın işğalında və işğal altında qalmasında əsas günahkarın Rusiya olduğunu, buna görə də sülh danışıqlarının bu dövlətlə aparılmasının vacibliyini də qeyd edib: “Türkiyəni isə ona görə tənqid etmişəm ki, birinci Qarabağ savaşında umduğumuz dəstəyi ala bilməmişik, 20 % torpaqlarımız işğal olunub. Tək mən yox, Elçibəy də vaxtilə Türkiyəni dinc sakinlərin Kəlbəcərdən çıxarılması üçün iki mülki vertalyot ala bilmədiyinə görə tənqid edib. Mən Azərbaycan hökumətini də tənqid edirəm, bu o demək deyil ki, Azərbaycana qarşıyam. Türkiyə Sürix protokollarını imzaladı,buna etiraz etdim, Ermənistanla ticarət dövriyyəsi ilbəil artır, buna etiraz edirəm.Rusiya təyyarəsini vurdu, bunun yanlış olduğunu, Azərbaycana da ziyan vura biləcəyini söylədim. Həmişə söyləmişəm ki, Türkiyə nüvə silahına sahib olmayana qədər böyük dövlətlərlə qarşıdurmadan yayınmalıdır. İctimai televizyada debat zamanı da söylədim ki, müharibəsiz Qarabağın azad olunması üçün Rusiyanın yaratdığı və liderlik etdiyi regional təşkilatlara suverenliyimizi itirmədən qoşula bilərik. Vaxtilə Heydər Əliyev də Azərbaycanı MDB-yə üzv edəndə biz suverenliyimizin itiriləcəyindən qorxurduq. Nə oldu?! Yaxud biz 1994-1999cu illərdə kollektiv təhlükəsizlik müqaviləsinin üzvü olduq, müstəqilliyi itirmədik ki?!Qarabağın müharibə yolu ilə azad olunması böyük itkilər tələb edir və risklidir. Biz Rusiya, İran, Qərbin necə davranacağını tam dəqiqliklə proqnozlaşdıra bilmərik.Peşəkar siyasətlə məşğul olduğunu iddia edən şəxs bunu anlamırsa, vay onun halına. Bütün bunlara baxmayaraq, mən söylədim ki, əgər Rusiya ilə danışıqlar nəticə verməzsə, biz qərbyönümlü siyasi xətt yürütməli, peşəkar ordu qurmaqla ən geci 2020-ci ilin yayında torpaqları işğaldan azad etməliyik”.

Q. Həsənquliyev bildirib ki, o, seçki təbliğatı zamanı populizmdən uzaq, xalqın maraqlarına cavab verən proqram təqdim edib: “Kimsə düşünürsə ki, “onun ikinci yerinə” iddia edirəm və buna görə bütün şüurlu həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş şəxs kimi mənə qarşı belə iyrənc kampaniya aparırsa, ona yazıqlar olsun.Mən hər dəfə seçkilərə qatılanda heç bir illüziyaya qapılmamışam, daha çox ölkəmizin problemlərinin nədən qaynaqlanması və həlli yollarını xalqımıza çatdırmaq barədə düşünmüşəm.Hətta sonuncu yeri tutsam belə, bu məni ciddi narahat etmir. Deməli xalqımızla daha çox işləməliyik”.

Qeyd edək ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı İctimai Televiziyada keçirilən debatda prezidentliyə namizəd Qüdrət Həsənquliyev digər həmkarı Sərdar Cəlaloğlu tərəfindən “Rusiyapərəstlikdə və Türkiyəy qarşı təbliğat aparılmaqda” ittiham edilib. Q. Həsənquliyev isə debat vaxtı bitdiyi üçün daha sonra mediada bu ittihamı rədd edib və S. Cəlaloğlunun onunla şəxsi zəmində problemi olduğu üçün belə fikirlər səsləndirdiyini qeyd edib. S. Cəlaloğlu isə yenidən Q. Həsənquliyevi “Rusiyanın maraqlarının sözçüsü” olmaqda ittiham edib.

Q. Həsənquliyevin prezidentliyə namizədliyi rəhbəri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb.
...
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Xəbər lenti
07/04/2018 [23:32]:
Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?
07/04/2018 [22:30]:
Daha bir dərmandan zəhərlənmə hadisəsi
07/04/2018 [21:55]:
Qüdrət Həsənquliyev: Məni Türkiyəyə qarşı olmaqda yalnız ruhi xəstələr ittiham edə bilər
07/04/2018 [21:27]:
ABŞ kosmosda ilk otel açacaq
07/04/2018 [20:28]:
Bakıda subasma sahələri aktivləşib - rəsmi
07/04/2018 [19:36]:
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
07/04/2018 [18:31]:
Gömrükçülər "beşbarmaq" aşkar edib
07/04/2018 [18:04]:
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
07/04/2018 [17:55]:
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
07/04/2018 [17:26]:
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
07/04/2018 [16:34]:
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
07/04/2018 [15:41]:
Qızıl 8 dollara yaxın bahalaşıb
07/04/2018 [14:29]:
İŞİD lideri məhv edilib
07/04/2018 [13:36]:
Neft ucuzlaşıb
07/04/2018 [12:32]:
DİN: Axtarışda olan 26 nəfər saxlanılıb
07/04/2018 [11:49]:
Prezident təqaüdçüsünün solo konserti keçirilib
07/04/2018 [11:10]:
UEFA "Barselona"ya intizam işi açdı
07/04/2018 [10:29]:
Azərbaycanda qızıl ucuzlaşıb
07/04/2018 [09:37]:
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
07/04/2018 [00:41]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
06/04/2018 [23:36]:
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
06/04/2018 [22:29]:
Yanvarda əcnəbilər Azərbaycanda 100 milyon manat xərcləyiblər
06/04/2018 [21:25]:
Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
06/04/2018 [20:33]:
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
06/04/2018 [19:36]:
Əfv Komissiyasının iclasları davam edir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
Qüdrət Həsənquliyev: Məni Türkiyəyə qarşı olmaqda yalnız ruhi xəstələr ittiham edə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin