İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib

07/04/2018 [00:41] - Siyasət (383)



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Salman Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında dini-mənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə Salman Musa oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,0 milyon (on iki milyon) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Prezident İlham Əliyev aprelin 6-da “Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
...
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Xəbər lenti
07/04/2018 [23:32]:
Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?
07/04/2018 [22:30]:
Daha bir dərmandan zəhərlənmə hadisəsi
07/04/2018 [21:27]:
ABŞ kosmosda ilk otel açacaq
07/04/2018 [20:28]:
Bakıda subasma sahələri aktivləşib - rəsmi
07/04/2018 [19:36]:
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
07/04/2018 [18:31]:
Gömrükçülər "beşbarmaq" aşkar edib
07/04/2018 [18:04]:
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
07/04/2018 [17:55]:
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
07/04/2018 [17:26]:
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
07/04/2018 [16:34]:
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
07/04/2018 [15:41]:
Qızıl 8 dollara yaxın bahalaşıb
07/04/2018 [14:29]:
İŞİD lideri məhv edilib
07/04/2018 [13:36]:
Neft ucuzlaşıb
07/04/2018 [12:32]:
DİN: Axtarışda olan 26 nəfər saxlanılıb
07/04/2018 [11:10]:
UEFA "Barselona"ya intizam işi açdı
07/04/2018 [10:29]:
Azərbaycanda qızıl ucuzlaşıb
07/04/2018 [09:37]:
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
07/04/2018 [00:41]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
06/04/2018 [23:36]:
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
06/04/2018 [22:29]:
Yanvarda əcnəbilər Azərbaycanda 100 milyon manat xərcləyiblər
06/04/2018 [21:25]:
Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
06/04/2018 [20:33]:
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
06/04/2018 [19:36]:
Əfv Komissiyasının iclasları davam edir
06/04/2018 [18:43]:
“Azərkosmos” 2,3 mln dollar gəlir əldə edib
06/04/2018 [18:36]:
JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin