Nazirlər Kabinetinin səlahiyyəti azaldıldı

06/04/2018 [14:23] - Gündəm (168)



Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edib.

Qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdi.

Dəyişikliyə əsasən, artıq bu halda Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bu addımı ata bilər.

Mövcud Qaydaya görə, Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliklə bu sahədə də Nazirlər Kabinetinin səlahiyyəti ləğv olunub. Başqa sözlə, artıq Nazirlər Kabineti deyil, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

Qeyd edək ki, Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.
...
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Xəbər lenti
07/04/2018 [23:32]:
Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?
07/04/2018 [22:30]:
Daha bir dərmandan zəhərlənmə hadisəsi
07/04/2018 [21:27]:
ABŞ kosmosda ilk otel açacaq
07/04/2018 [20:28]:
Bakıda subasma sahələri aktivləşib - rəsmi
07/04/2018 [19:36]:
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
07/04/2018 [18:31]:
Gömrükçülər "beşbarmaq" aşkar edib
07/04/2018 [18:04]:
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
07/04/2018 [17:55]:
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
07/04/2018 [17:26]:
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
07/04/2018 [16:34]:
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
07/04/2018 [15:41]:
Qızıl 8 dollara yaxın bahalaşıb
07/04/2018 [14:29]:
İŞİD lideri məhv edilib
07/04/2018 [13:36]:
Neft ucuzlaşıb
07/04/2018 [12:32]:
DİN: Axtarışda olan 26 nəfər saxlanılıb
07/04/2018 [11:10]:
UEFA "Barselona"ya intizam işi açdı
07/04/2018 [10:29]:
Azərbaycanda qızıl ucuzlaşıb
07/04/2018 [09:37]:
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
07/04/2018 [00:41]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
06/04/2018 [23:36]:
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
06/04/2018 [22:29]:
Yanvarda əcnəbilər Azərbaycanda 100 milyon manat xərcləyiblər
06/04/2018 [21:25]:
Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
06/04/2018 [20:33]:
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
06/04/2018 [19:36]:
Əfv Komissiyasının iclasları davam edir
06/04/2018 [18:43]:
“Azərkosmos” 2,3 mln dollar gəlir əldə edib
06/04/2018 [18:36]:
JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin