Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir

02/04/2018 [12:47] - Gündəm (420)



Bu gün Azərbaycan ordusunun Qarabağda keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının iki ili tamam olur. 2016-cı il aprelin 2-nə keçən gecə başlayan döyüşlərdə ordumuz iki istiqamətdən düşmənin müdafiə xəttini darmadağın etdi, əlverişli mövqelər tutaraq minlərlə hektar ərazini işğaldan azad etdi. Bu döyüşlərdə ordumuz itkilər də verdi. Və döyüşlərinin 2 ilinin tamam olduğu bir vaxtda aprel şəhidlərindən birinin ailəsi yerli İcra Hakimiyyətini laqeydlikdə, şəhid ailəsinə yetərli yardım, diqqət göstərməməkdə və şəhidin adını əbədiləşdirməməkdə qınayır.

Belə ki, Zərdabın Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayev rayon icra hakimiyyətinə qarşı ittihamlar irəli sürərək yaşadığı evin təmirsiz olduğunu, şəhid ailəsinin diqqətdən kənarda qaldığını bildirib. Şəhid atası oğlunun adının təhsil aldığı İsaqbağı kənd tam orta məktəbinə verilməsi üçün etdiyi müraciətlərə baxılmamasından da şikayətçidir.

Zərdab Rayon İcra Hakimiyyəti Rasim Abdullayevin şikayətlərinə cavab verib. İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev virtualaz.org saytına deyib ki, Rasim Abdullayevin şikayətlərindən xəbərdardılar.

“Şəhid atasının tələblərindən biri məktəbə Nurlanın adının verilməsidir. Məktəbə şəhidin adının verilməsi Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun həyata keçirilir. Bu, icra hakimiyyətinin deyil, Təhsil Nazirliyinin səlahiyyətindədir”,-Hacıyev söyləyib.

Şöbə müdiri onu da qeyd edib ki, ailəyə dəfələrlə maddi yardım edilib. Ailənin istəyi ilə şəhidin dayısı, 1-ci qrup Qarabağ müharibəsi əlili Qaroğlan Mustafayevə ev tikilir. Atanın müraciəti ilə qızı Nurlana Abdullayeva rayon mərkəzi xəstəxanasında işlə təmin edilib.

Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev isə “Qafqazinfo”ya göndərdiyi geniş məzmunlu cavabında şəhid ailəsinə indiyə qədər edilən maddi yardımları sadalayıb, şəhid atasının dediklərini “şantaj, böhtan, əsassız fikirlər” adlandırıb.

İcra başçısı bildirir ki, şəhidin dəfni, yas mərasimlərinin keçirilməsi, məzarının abadlaşdırılması xərcləri onların hesabına ödənilib. Habelə ailəyə müxtəlif təşkilatlar tərəfindən digər yardımlar da göstərilib. Belə ki, Heydər Əliyev Fondu tərəfindən şəhidin ailəsinə 10 min, Müdafiə Nazirliyi və şəhidin xidmət etdiyi hərbi hissə tərəfindən 2 min, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və müxtəlif təşkilatların əmək kollektivləri tərəfindən 2 min manat dəyərində maddi köməklik göstərilib. Dövlət sığorta Şirkəti tərəfindən 11 min manat dəyərində hərbi qulluqçuların icbari sığorta məbləği ödənilib. Ədliyyə naziri tərəfindən ailəyə 300 manat dəyərində ərzaq məhsulları alınaraq verilib.

Şəhidin yaşadığı evə gedən 250 metr, həmin evdən qəbiristanlığa qədər olan 1100 metr yol təmir edilib.

Təhsil aldığı İsaqbağı kənd tam orta məktəbində Nurlan Abdullazadə barədə geniş məlumat guşəsi yaradılıb, mərmər lövhəyə həkk olunmuş böyük şəkli məktəbin həyətində yerləşdirilib. Rayonun məktəblərində və uşaq bağçalarında şəhidin həyatını və döyüş fəaliyyətini əks etdirən lövhələr təşkil edilib. Böyük Dəkkə kəndində yaşadığı küçəyə şəhid Nurlan Abdullazadənin adı verilib.

İcra başçısı şəhid ailəsinə edilən digər yardımlar, köməkliklər barədə də bəhs edir, ailəyə yeni mənzilin tikintisi üçün aidiyyatı orqanlara müraciət edildiyini bildirir.

...
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Xəbər lenti
07/04/2018 [23:32]:
Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?
07/04/2018 [22:30]:
Daha bir dərmandan zəhərlənmə hadisəsi
07/04/2018 [21:55]:
Qüdrət Həsənquliyev: Məni Türkiyəyə qarşı olmaqda yalnız ruhi xəstələr ittiham edə bilər
07/04/2018 [21:27]:
ABŞ kosmosda ilk otel açacaq
07/04/2018 [20:28]:
Bakıda subasma sahələri aktivləşib - rəsmi
07/04/2018 [19:36]:
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
07/04/2018 [18:31]:
Gömrükçülər "beşbarmaq" aşkar edib
07/04/2018 [18:04]:
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
07/04/2018 [17:55]:
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
07/04/2018 [17:26]:
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
07/04/2018 [16:34]:
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
07/04/2018 [15:41]:
Qızıl 8 dollara yaxın bahalaşıb
07/04/2018 [14:29]:
İŞİD lideri məhv edilib
07/04/2018 [13:36]:
Neft ucuzlaşıb
07/04/2018 [12:32]:
DİN: Axtarışda olan 26 nəfər saxlanılıb
07/04/2018 [11:49]:
Prezident təqaüdçüsünün solo konserti keçirilib
07/04/2018 [11:10]:
UEFA "Barselona"ya intizam işi açdı
07/04/2018 [10:29]:
Azərbaycanda qızıl ucuzlaşıb
07/04/2018 [09:37]:
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
07/04/2018 [00:41]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
06/04/2018 [23:36]:
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
06/04/2018 [22:29]:
Yanvarda əcnəbilər Azərbaycanda 100 milyon manat xərcləyiblər
06/04/2018 [21:25]:
Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
06/04/2018 [20:33]:
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
06/04/2018 [19:36]:
Əfv Komissiyasının iclasları davam edir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Azərbaycanda qızıl ucuzlaşıb
JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
Prezident təqaüdçüsünün solo konserti keçirilib
UEFA "Barselona"ya intizam işi açdı
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
Neft ucuzlaşıb
İŞİD lideri məhv edilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin