Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq

08/03/2018 [14:37] - Ä°qtisadiyyat (3357)



İqtisad elmləri doktoru Qubad İbadoğlu Mərkəzi Bankın məzənnə siaysətini kəskin tənqid edib. Ekspertin fikrincə, bankın valyuta siyasəti iqtisadi məntiqə əsaslanmır.

Qubad İbadoğlunun facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik:

“Ötən il Azərbaycandan xaricə 13 milyard 811 milyon 624 min ABŞ dolları məbləğində mal göndərilib. Onun 12 milyard 290 milyon 658 min dollarını və ya 88,98 faizini xam neft, neft məhsulları, qaz və elektrik enerjisi təşkil edib. Bu ixrac məhsulları əsasən dövlət təşkilatları vasitəsilə xaricə göndərilib və əldə edilən valyuta gəlirləri də əsasən Dövlət Neft Fondunda, Neft Şirkətində və "Azərenerji"də toplanıb Yəni bu məhsulların satışından özəl bölməyə valyuta çatmayıb.

Dövlət Gömrük Komitəsinə inansaq ötən il Azərbaycana 8 milyard 782 milyon 7 min ABŞ dolları məbləğində mal idxal olunub ki, onun da 81,3 faizi və ya 7 milyard 103 milyon 481 min ABŞ dolları özəl bölmənin payına düşüb. Burada hesablamalara yekun vursaq görərik ki, özəl bölmə ötən il ixracdan 4,8 milyard ABŞ dolları qazandığı halda idxala 7,1 milyardlıq ABŞ dolları valyuta xərcləyib. Deməli, özəl bölmənı idxalın maliyyələşdirilməsi üçün lazım olan ən azı 2,3 milyard ABŞ dolları valyuta bazarından alınıb.

Rəsmi məlumatlara görə, ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən satılan valyuta 3,6 milyard dollara yaxın olub. Göründüyü kimi, valyuta bazarına çıxan vəsaitin 2,3 milyard dolları idxalın maliyyələşdirilməsinə yönəldiyi halda 1,3 milyard dolların xərc istiqamətləri aydın deyil. Çox güman ki, bu vəsait daha çox xarici borc ödhəliklərinin icrasına yönəlib.

Bu il üçün situasiya fərqlidir. Bəlli olan 2 aylıq son məlumata görə, ölkədə həm idxal, həm də valyutaya tələbat artır. Belə ki, cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə valyutaya tələbat 119,8 milyon dollar, idxal isə 479,5 milyon dollar artıb. Əgər bu temp davam edərsə valyuta bazarında yenidən gərginlik yaranacaq. Ötən ilin məlumatları da göstərdi ki, ölkədə valyutaya tələbat may-iyun və oktyabr-dekabr aylarında daha yüksək olur. Amma artıq ötən ay valyuta satışı göstəricisi keçən ilin müvafiq dövrünə nisbətən 41 faizdə qədər yüksəlib. Amma bütün bunlara baxmayaraq, Mərkəzi Bank manatın dollara nəzərən məzənnəsini sabit saxlayır.

Bu nəticə onu təsdiq edir ki, Azərbaycanda manatın məzənnəsi yenə də təhlükəli qaydada, inzibati vasitələrlə sabit saxlanılır, demək olar ki, fiksə edilmiş məzənnə siyasəti yeridilir. Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Türkiyə və digər ölkələrin valyutasında baş verən ucuzlaşma hər iki tərəfdən manata olan təzyiqi artırır. Bir tərəfdən həmin ölkələrin mallarının idxalı cəlb edici olur, digər tərəfdən də nominal və real effektiv məzənnədə müşahidə olunan enmələr manatın ucuzlaşdılmasını iqtisadi cəhətdən səmərəli edir.

 
Hətta bu cür aydın vəziyyətdə də Mərkəzi Bank arxasında iqtisadi məntiq durmayan absurd məzənnə siyasətini davam etdirir. Görək bu nə qədər davam edəcək. Hazırda çox şey dünya bazarında neftin qiymətindən və əsas ticarət tərəfdaşlarımız olan ölkələrin milli valyutalarının ABŞ-da uçot dərəcəsinin gözlənilən artımına reaksiyalarından asılı vəziyyətdədir.

Yeganə onu demək olar ki, may ayına qədər manatın məzənnəsində sabitliyin təminatı yalnız iqtisadi deyil, həm də siyasi gündəmdə olan məsələdir".
...
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Xəbər lenti
07/04/2018 [23:32]:
Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?
07/04/2018 [22:30]:
Daha bir dərmandan zəhərlənmə hadisəsi
07/04/2018 [21:27]:
ABŞ kosmosda ilk otel açacaq
07/04/2018 [20:28]:
Bakıda subasma sahələri aktivləşib - rəsmi
07/04/2018 [19:36]:
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
07/04/2018 [18:31]:
Gömrükçülər "beşbarmaq" aşkar edib
07/04/2018 [18:04]:
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
07/04/2018 [17:55]:
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
07/04/2018 [17:26]:
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
07/04/2018 [16:34]:
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
07/04/2018 [15:41]:
Qızıl 8 dollara yaxın bahalaşıb
07/04/2018 [14:29]:
İŞİD lideri məhv edilib
07/04/2018 [13:36]:
Neft ucuzlaşıb
07/04/2018 [12:32]:
DİN: Axtarışda olan 26 nəfər saxlanılıb
07/04/2018 [11:10]:
UEFA "Barselona"ya intizam işi açdı
07/04/2018 [10:29]:
Azərbaycanda qızıl ucuzlaşıb
07/04/2018 [09:37]:
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
07/04/2018 [00:41]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
06/04/2018 [23:36]:
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
06/04/2018 [22:29]:
Yanvarda əcnəbilər Azərbaycanda 100 milyon manat xərcləyiblər
06/04/2018 [21:25]:
Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
06/04/2018 [20:33]:
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
06/04/2018 [19:36]:
Əfv Komissiyasının iclasları davam edir
06/04/2018 [18:43]:
“Azərkosmos” 2,3 mln dollar gəlir əldə edib
06/04/2018 [18:36]:
JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin