Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh

23/01/2018 [14:02] - Ä°qtisadiyyat (1852)



Nazirlər Kabineti (NK) bir sıra mallar üzrə aksiz dərəcəsini artırıb. Məqsəd vergi daxilolmalarını artırmaqdır. Görünən budur ki, vergi daxilolmalarında ciddi problemlər var və NK bu yolla problemi həll etmək istəyir.

Ümumi götürsək, indiki halda buna ehtiyac yox idi - neft dünya bazarında bizim hökumətin büdcədə nəzərdə tutduğu proqnozdan (45 dollar) xeyli baha qiymətə (72-73 dollar – 60 faiz bahasına) satılır. Bu məsələdə hökumət o qədər nikbindir ki, hətta dövlət investisiyalarının həcmini son 5 ildəki rekord həddə - 6 milyard dollara qədər yüksəldib. Belə olan halda benzin, tütün və alkoqollu içkilərin aksiz dərəcəsini artırmağa nə ehtiyac var idi?

Məsələ bundadır ki, hökumətin bəzəkli bəyanatlarıa baxmayaraq qeyri-neft sektoru üzə vergi daxilolmalarında çox ciddi problemlər var. Özəl şirkətlərdə kütləvi ixtisarlar, dövriyyənin azaldılması, bir çox müəssisələrin qapadılması prosesi gedir. Bu məsələdə özünü xeyli "təmkinli" aparan rəsmi statistika da etiraf etməyə məcbur olub ki, ötən il 47 min iş yeri qapadılıb. Etiraf edilməyən rəqəm isə döha böyükdür. Bu isə qeyri-neft sektoru üzrə vergi daxilolmalarınn kəskin azaldılması deməkdir.

Bununla yanaşı, qeyri-neft sektorunda monopoliyaların dövlət siyasətinə çevrilməsi kimi təhlükəli tendensiya gedir. “Sosial mənzil” adı altında mənzil tikintisi dövlət monopoliyasına alnır, “qida təhlükəsizliyi” adı ilə ərzaq bazarı dövlət monopoliyasına alınır və s. Bu özəl sektorda sonuncu rəqabət elementlərinin də məhv edilməsinə, bazar iqtisadiyyatından faktiki imtina edilməsi, əvəzində isə inzibati “bazar modeli”nin yaranmasına gətirib çıxarır. Təbii ki, bu halda vergi bazası əhəmiyyətli dərəcədə azalır və çıxış yolu kimi vergi dərəcələri artırılır. Bu da təbii ki, avtomatik olaraq bahalaşma qərarıdır. İndiki konservativ iqtisadi siyasət saxlanılırsa, hətta daha da möhkəmləndirilirsə, bu kimi bahalaşma qərarlarına mütəmadi hazır olmaq lazım gəlir.

Sonuncu rəqabət elementlərinin məhv edilməsinin acısını isə hökumət az sonra, dünya neft bazarında qiymətlər kəskin enəndə hiss edəcək. Onda da təbii ki, bu acını hökumətdən daha çox vətəndaşlar yaşayacaq. Necə ki, 2015-2016-cı illərin böhranında yaşadılar – 122 faizlik devalvasiya, bir neçə milyardlıq bank borcları və s. Əslində böhran bitməyib, bu gün də davam edir. Sadəcə, neftin bahalaşması böhranı müvəqqəti dondurub.

Qadir Ä°brahimli,
Ä°stiqlal.az
...
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Xəbər lenti
07/04/2018 [23:32]:
Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?
07/04/2018 [22:30]:
Daha bir dərmandan zəhərlənmə hadisəsi
07/04/2018 [21:27]:
ABŞ kosmosda ilk otel açacaq
07/04/2018 [20:28]:
Bakıda subasma sahələri aktivləşib - rəsmi
07/04/2018 [19:36]:
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
07/04/2018 [18:31]:
Gömrükçülər "beşbarmaq" aşkar edib
07/04/2018 [18:04]:
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
07/04/2018 [17:55]:
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
07/04/2018 [17:26]:
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
07/04/2018 [16:34]:
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
07/04/2018 [15:41]:
Qızıl 8 dollara yaxın bahalaşıb
07/04/2018 [14:29]:
İŞİD lideri məhv edilib
07/04/2018 [13:36]:
Neft ucuzlaşıb
07/04/2018 [12:32]:
DİN: Axtarışda olan 26 nəfər saxlanılıb
07/04/2018 [11:10]:
UEFA "Barselona"ya intizam işi açdı
07/04/2018 [10:29]:
Azərbaycanda qızıl ucuzlaşıb
07/04/2018 [09:37]:
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
07/04/2018 [00:41]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
06/04/2018 [23:36]:
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
06/04/2018 [22:29]:
Yanvarda əcnəbilər Azərbaycanda 100 milyon manat xərcləyiblər
06/04/2018 [21:25]:
Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
06/04/2018 [20:33]:
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
06/04/2018 [19:36]:
Əfv Komissiyasının iclasları davam edir
06/04/2018 [18:43]:
“Azərkosmos” 2,3 mln dollar gəlir əldə edib
06/04/2018 [18:36]:
JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin