Türkiyə İslam dünyasının lideri ola bilər

06/11/2017 [15:04] - Köşə (1590)
Azər Rəşidoğlu


Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında şahzadə və ölkənin yüksək vəzifəli 8 məmurunu aparan helikopter qəzaya uğrayıb. Məlumata görə, vertolyotda olan Abha bölgəsinin əmir müavini şahzadə Mənsur bin Mukrin, Asir bölgəsinin Əmir müavini Əmir bin Mansour Moqaran, əmir vəkili Salman əl Cərişi, əmirlik baş katibi Saleh bin Abdullah -əl Kadi, Asir bölgəsinin aqrar bölmə müdiri Fəhd əl Fərtiş, Asir bölgəsinin polis rəisi mayor Saleh bin Süleyman əl Kərzai və digər məmurlardan ibarət qrupun hamısı qəza nəticəsində həyatlarını itiriblər.

Bəzi ekspertlər bunun qəza deyil, sui-qəsd olduğunu iddia edirlər. Xatıqladaq ki, bir qədər əvvəl Səudiyyədə kralın atdığı addımlar “yumşaq dövlət çevrilişi” kimi dəyərləndirilirdi. Səudiyyə Ərəbistanını yeni dövrün mülayim nəhəng gücü halına gətirməyi hədəfləyən Məhəmməd ibn Salmanın atasının yerinə taxta keçəcəyi də gözlənilir.

Son zamanlar kral Salman korrupsiya ilə mübarizəyə dair qərar verərək hərəkətə keçib. Vəliəhd Muhamməd ibn Salmanın başında durduğu əməliyyat zamanı 11 şahzadə və 4 nazir rüşvət qalmaqalına görə həbs olunub. Baş verənlərdə “Amerika barmağı”nın olduğu da iddia edilir. Məsələ ondadır ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi ABŞ maraqlarına cavab vermir. Hesablamalar onu deməyə əsas verir ki, neftin qiyməti 60 dollardan yuxarı olanda ABŞ-da neft hasilatı rentabelli olur. Bu baxımdan, neft bazarına nəzarət Vaşinqton üçün önəmlidir. Odur ki, neftin qiymətinə təsir edə biləcək amillər aradan qaldırılır.

Məsələn, İran neftinin dünya bazarına çıxması qiyməti aşağı sala bilər. Səudiyyə Ərəbistanı da neft bazarına birbaşa diqtə edir. İstisna deyil ki, yaxın zamanlarda ABŞ Səudiyyə Ərəbistanını parçalamağa, yaxud indiki kral Salmanı dəyişməyə və yerinə onun oğlu Məhəmmədi keçirməyə də cəhd edə bilər. Vaşinqton Səudiyyə Ərəbistanının neft ixracında mövqeyini zəiflətmək üçün bu ölkənin 4-5 hissəyə parçalanmasını arzulayır.

Bir amilə də diqqət yetirmək lazım gəlir. Bölgənin digər mühüm oyunçusu olan İsrail Rusiyanın İrana C-300 raket sistemləri verilməsi qərarından narazı qalıb. İsrail üçün İranın zəifləməsi vacibdir. Səudiyyə Ərəbistanı, Misir və İordaniyanı da Tehranın güclənməsi narahat edir. Lakin İranın zəifləməsinin Səudiyyənin güclənməsi ilə nəticələnə biləcəyi də Vaşinqtonu qane etmir.
Vurğulayaq ki, hazırda ərəb dünyasının sünni və şiə kəsimlərə bölünməsi prosesi gedir. Bu şərtlərdə Türkiyə İslam dünyasının lideri ola bilər. Ən azı ona görə ki, Səudiyyə Ərəbistanı və İran bu rolu oynamaq iqtidarında deyil. ABŞ bundan narahat olur və Məhəmməd ibn Salmana dəstək verməklə Ankaraya qarşı güc formalaşdırır.

Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanının Şərq vilayətində şiələr yaşayırlar. Krallığın az olmayan neft hasilatı da, məhz bu vilayətin payına düşür. Vaşinqton Səudiyyə şiələrini Səud sülaləsinə qarşı qiyama qaldıra bilərsə, ölkənin parçalanması baş verə bilər. ABŞ-ın istəyi də elə budur. Ərəbistan yarımadasında Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, İraq və regionun digər ölkələrində yaşayan şiələri, ələviləri birləşdirən 75 milyon əhalisi ola biləcək yeni bir dövlətin yaradılması ideyası da gündəmə gətirilir. Hazırda Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ, Misir, İordaniya, Bəhreyn, Mərakeş, Pakistan, Sudanın cəlb olunduğu beynəlxalq münaqişə gərginləşir. Vəziyyət irimiqyaslı sünni-şiə qarşıdurması və ardınca İranla digər ərəb ölkələrinin müharibəsinə səbəb ola bilər. İran tərəfdə İraq, Livan, Suriya şiələri çıxış edə bilər. Nəzərə alsaq ki, Bab-əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizdən Hind okeanına il ərzində 20 min gəmi keçir, Yəməndəki müharibə qlobal nəqliyyat böhranı yarada bilər. Bu isə Səudiyyə Ərəbistanın neft ixracında mövqeyini daha da zəiflədə bilər.

Səudiyyə Ərəbistanında sosial-siyası və dini zəmində gərginliyin artması isə artıq qaçılmaz görünür. Yaxın Şərqdə baş verənlər ABŞ-ın neft maraqları uğrunda gedən savaşın tərkib hissəsidir. İslam dünyası bu oyunu pozmaq iqtidarında deyil. Bu baxımdan, müsəlman dünyasının lideri olaraq Türkiyənin rolu artır. ABŞ strateqləri bundan narahatdır və Ankaranın bölgədə sülh yaratmaq səylərini “yeni osmanlıçılıq” kimi qələmə verirlər. Bir sözlə, bölgədə alovlanan savaşlarda bütün nəzərlər Ankaraya dikilir. Türkiyənin atacağı addımlar həlledici ola bilər…
...
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Xəbər lenti
07/04/2018 [23:32]:
Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?
07/04/2018 [22:30]:
Daha bir dərmandan zəhərlənmə hadisəsi
07/04/2018 [21:55]:
Qüdrət Həsənquliyev: Məni Türkiyəyə qarşı olmaqda yalnız ruhi xəstələr ittiham edə bilər
07/04/2018 [21:27]:
ABŞ kosmosda ilk otel açacaq
07/04/2018 [20:28]:
Bakıda subasma sahələri aktivləşib - rəsmi
07/04/2018 [19:36]:
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
07/04/2018 [18:31]:
Gömrükçülər "beşbarmaq" aşkar edib
07/04/2018 [18:04]:
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
07/04/2018 [17:55]:
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
07/04/2018 [17:26]:
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
07/04/2018 [16:34]:
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
07/04/2018 [15:41]:
Qızıl 8 dollara yaxın bahalaşıb
07/04/2018 [14:29]:
İŞİD lideri məhv edilib
07/04/2018 [13:36]:
Neft ucuzlaşıb
07/04/2018 [12:32]:
DİN: Axtarışda olan 26 nəfər saxlanılıb
07/04/2018 [11:49]:
Prezident təqaüdçüsünün solo konserti keçirilib
07/04/2018 [11:10]:
UEFA "Barselona"ya intizam işi açdı
07/04/2018 [10:29]:
Azərbaycanda qızıl ucuzlaşıb
07/04/2018 [09:37]:
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
07/04/2018 [00:41]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
06/04/2018 [23:36]:
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
06/04/2018 [22:29]:
Yanvarda əcnəbilər Azərbaycanda 100 milyon manat xərcləyiblər
06/04/2018 [21:25]:
Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
06/04/2018 [20:33]:
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
06/04/2018 [19:36]:
Əfv Komissiyasının iclasları davam edir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
Azərbaycanda qızıl ucuzlaşıb
JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
Prezident təqaüdçüsünün solo konserti keçirilib
UEFA "Barselona"ya intizam işi açdı
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
Neft ucuzlaşıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin