“Azİmport” bəzi KIV-lərin təzyiq və təqiblərinə məruz qalıb

30/12/2015 [17:03] - Ä°qtisadiyyat (1090)



“Azİmport” şirkəti son vaxtlar davamlı olaraq bəzi internet media qurumlarının təzyiq və təqiblərinə məruz qalmaqdadır.

Şirkətdən istiqlal.az-a verilən məlumata görə, şirkət haqqında qərəzli məlumatları yaymaqla cəmiyyəti çaşdırmağa cəhd göstərən belə qurumlar hətta gerçəkliyi əks etdirməyən çox köhnə və əsassız “fakt və dəlillər”ə istinad etməkdən belə çəkinmirlər. Hətta keçmiş Milli Təhlükəsizlik Nazirliyində uzun müddət kök salmış cinayətkar dəstənin sahibkarlara və iş adamlarına qarşı qanunazidd və cinayətkar əməllərinin aşkarlanmasından sonra da vaxtilə bu dəstədən göstəriş və təlimat almış media qurumları hələ ayılıb gerçəkliyi anlamaq istəmir, şantaj və şərləmək yolu hansısa maddi mənfəət əldə edəcəklərinə ümid bağlayırlar. “MTN mətbəxi”nidə hazırlanaraq ictimai dövriyyəyə buraxılan və “Azİmort” MMC-nin işgüzar nüfuzuna zərər vuran, burada çalışan insanların şərəf və ləyaqətini ləkələyən qərəzli və təhqiramiz məlumatlardan bu gün də istifadə edilməsi halları ciddi narahatlıq doğurur.

Məsələn, 9 ay əvvəl- mart ayında “Azadlıq” radiosunun “Qaynar xətti”ndə getmiş bir məlumata istinad edilərək, indiyədək dəfələrlə Azərbaycanın daha ciddi və populyar media qurumlarında müzakirə edilmiş, rəy bildirilmiş və cavablandırılmış bir məsələnin - paytaxtın Bayıl qəsəbəsindəki “Şanxay” adlanan ərazidə aparılan abadlıq işlərində çalışmış şəxslərin əmək hüquqlarının pozulması və əməkhaqqını vaxtında ala bilməməsi məsələsinin yenidən gündəmə gətirilməsinə cəhd göstərilir.

İlk növbədə, yenidən xatırlatmağa ehiyac var ki, həmin şəxsləri abadlıq işlərinin aparılmasına bu işlərin podratçısı olan “Azİmport” MMC deyil, onunla subpodrat müqaviləsi bağlamış firmalar və sahibkarlıq fəaliyyəti göstərən ayrı-ayrı şəxslər cəlb ediblər. Buna görə də “Azİmport” MMC həmin firma və ya şəxslərin işçilərlə əmək müqaviləsi bağlamamasına cavabdehlik daşımır. Görülən işlərə görə borcun ödənilməməsi məsələsinə gəldikdə isə, “Azİmport” MMC təkcə “Şanxay” ərazisində deyil, paytaxtın bir sıra məkanlarında həyata keçirdiyi tikinti-abadlıq işlərinə görə qanuni müqavilələr üzrə hesablanmış vəsaitin əsas hissəsini sifarişçi təşkilatdan hələ də ala bilmir.

Məlumat üçün bildirək ki, “Azimport” MMC bu işlərin icrasında iştirak edənlərə indiyədək, ümumilikdə, 2.289.407 manat əmək haqqı ödəmişdir. Bu məbləğin yalnız 1.100.000 manatı sifarişçi tərəfindən şirkətin hesabına köçürülmüşdür. İşçilərin əmək haqqı kimi aldıqları qalan 1.189.407 manatı şirkət öz maliyyə vəsaiti hesabına ödəməyə məcbur olmuşdur.

Hazırda başa çatdırılmış və yarımçıq qalmış tikinti-abadlıq işlərin üzrə “Azimport” MMC-yə ödənilməyən vəsaitin həcmi isə şirkətin borclarından xeyli çoxdur. Yaranmış vəziyyət barədə sifarişçi təşkilata müraciətlərə cavab olaraq, borcun ödəniləcəyi vəd edilsə də, hələ konkret nəticə yoxdur.

“Azimport” MMC rəhbərliyi birbaşa əmək müqaviləsi bağlamadığı, lakin baş podratçısı olduğu layihələrdə çalışmış şəxslərin əməkhaqqının gecikdirilməsi ilə bağlı narahatlığını yaxşı başa düşür və bu problemin həlli üçün bütün qanuni vasitələrdən istifadə etməyə çalışır.

Şirkətin təsisçisi və rəhbəri Azər Əsgərovun kimisə qapıdan qovması və ya təhqir etməsi barədə iddialar da tamamilə əsassızdır. Sahibkarlıq fəaliyyətinin genişliyi və təşkilati işlərinin çoxluğu səbəbindən o, nəinki şirkətə gələnlərlə hər dəfə görüşməyə vaxt tapa bilmir, üstəlik, kiməsə qarşı qeyri-etik, kobud davranışa yol vermək bu xeyirxah iş adamının xarakterinə tamamilə ziddir.

Onu da qeyd edək ki, sözügedən dövrdə Azər Əsgərov davamlı olaraq MTN-nin sabiq rəhbərlərinin və əməkdaşlarının təzyiq və təqiblərinə məruz qalıb. Ondan vəzifəli şəxslərin əleyhinə ifadə almaq, hətta yaxın qohumu, vaxtilə “Azimport” MMC-nin təsisçilərindən biri olmuş, lakin Dövlət Bayrağı Meydanı idarəsinə direktor təyin olunması ilə əlaqədar şirkətlə bütün hüquqi və faktiki əlaqələrinə xitam verilmiş Rəşad Məmmədovun şirkətin qeyri-rəsmi sahibi olması haqda ərizələr yazdırmaq istəyiblər. Şirkətin ofisində qeyri-qanuni axtarışlar aparıb, seyfdən müəyyən qədər nağd pul, sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə şirkətə və işçilərə məxsus olan mülkiyyət sənədləri götürüb aparıblar. Məqsədləri Azər Əsgərovun öz əməyi və səyi ilə qurduğu, respublikada bir çox mötəbər tikinti-abadlıq layihələrini uğurla icra edən, inşaat sektorunda innovativ sahibkarlıq subyektlərindən biri kimi tanınan “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub.

Yalnız Prezident İlham Əliyevin qətiyyəti sayəsində keçmiş MTN-nin rəhbərlərinin qanunazidd əməllərinə son qoyulması Azərbaycan sahibkarlarının, A.Əsgərovun başı üzərini almış təhlükəni aradan qaldıra bilib.

Lakin MTN-nin ləğv edilməsinə, milli təhlükəsizlik zabiti adını ləkələmiş vəzifəli şəxslərin həbs olunmasına baxmayaraq, vaxtilə onların öz təsir dairələrində olmuş media qurumları vasitəsilə yaydıqları saxta və yalan məlumatların hələ də gündəmdə saxlanılması, qərəzli məqsədlərlə istifadə edilməsi halları mövcuddur. MTN tərəfindən həbsə alınmış Rəşad Məmmədov haqqında yayılan məlumatlar da buna misal ola bilər. “Azimport” MMC-nin sahibi Azər Əsgərovun yaxın qohumu olsa da, o hazırda şirkətdə heç bir əmlak payının sahibi deyildir, yuxarıda qeyd edildiyi kimi, dövlət qulluğuna keçməsi ilə əlaqədar olaraq, bu qurumla bütün hüquqi və faktiki əlaqəlrinə xitam verilib.

Rəşad Rəfael oğlu Məmmədovun milliyyəti barədə məlumat isə təkcə yanlışlığı ilə deyil, həm də qeyri-humanistliyi ilə acı təəssüf doğurur. Anasını körpə yaşında itirdikdən sonra onu dindar və imanlı bir qadın olan, bu yaxınlarda 104 yaşında dünyasını dəyişmiş ana nənəsi Umbakı xanım böyüdüb tərbiyə edib. Ömrü boyu ana nisgili ilə yaşayan R.Məmmədov ailəsinin ümidlərini doğruldaraq, orta məktəbi müvəffəqiyyətlə bitirib, Hərbi Hava Qüvvələrinin Y.V.Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb, peşəkar zabit kimi yetişib. Doğma Azərbaycanda erməni separatizminin baş qaldırdığı, Vətən torpağının təcavüz təhlükəsi ilə üzləşdiyi bir vaxtda o, Rusiyadakı vəzifə perspektivlərindən və hərbi karyeradan qətiyyətlə imtina edərək, Bakıya qayıdıb. Burada Bakı Qarnizonu Hərbi Komendantının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları üzrə köməkçisi kimi milli orduda xidmətə başlayıb. Qarabağ müharibəsi dövründə 702-ci briqadanın tərkibində Murovdağ yüksəkliyi və Füzuli uğrunda döyüşlərdə iştirak edib. Döyüş səngərində ağır xəstəliyə tutulduğu üçün uzun müddət müalicə almaq məcburiyyətində qalıb.

Bu gün R.Məmmədovla bağlı hüquq-mühafizə orqanlarında araşdırlma aparıldığı, şəxsiyyəti barədə yayılan qərəzli məlumatlara onun özünün cavab vermək imkanı olmadığı bir vaxtda bəzi media qurumlarının yanlış məlumatları təkrarən gündəmə gətirməsi nə insanlıq prinsiplərinə, nə də jurnalist etikasına sığır. Belə məlumatlardan dörd övlad atası olan R.Məmmədovun ailə üzvləri ciddi mənəvi iztirab, psixoloji sarsıntı keçirirlər. Onun 12 yaşlı qızı Əminə atasının mətbuatda “xalq düşməni” obrazında təqdim olunmasından keçirdiyi dərin psixoloji sarsıntının təsiri altında hətta məktəbə getməkdən belə imtina etmək fikrinə düşüb. Bu hadisə KİV-in, jurnalistlərin xalqımız, cəmiyyətimiz üçün mühüm amil olan şəxsiyyət və mənəviyyat məsələlərinə həssaslıqla yanaşmasının nə qədər vacib olduğunu bir daha göstərir.

Bunu da vurğulamağı vacib sayırıq ki, respublikanın nüfuzlu və ciddi KİV-ləri şirkətimizlə bağlı yuxarıda sözügedən yanlış və əssasız məlumatlara heç bir halda istinad etməməklə özlərinin yüksək peşəkarlıq prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyirlər.

Biz, ümumiyyətlə, jurnalistləri ictimaiyyətin diqqətinə təqdim etdikləri problemlərə obyektiv münasibət göstərməyə, təhqir və şantajdan uzaq olmağa, ictimai münasibətləri gərginləşdirmək cəhdlərindən çəkinməyə çaqğırırıq. Ümidvarıq ki, bu bəyanatı öz peşə borcunu vicdanla yerinə yetirən bütün jurnlaistlər dəstəkləyəcəklər.


...
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Xəbər lenti
07/04/2018 [23:32]:
Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?
07/04/2018 [22:30]:
Daha bir dərmandan zəhərlənmə hadisəsi
07/04/2018 [21:55]:
Qüdrət Həsənquliyev: Məni Türkiyəyə qarşı olmaqda yalnız ruhi xəstələr ittiham edə bilər
07/04/2018 [21:27]:
ABŞ kosmosda ilk otel açacaq
07/04/2018 [20:28]:
Bakıda subasma sahələri aktivləşib - rəsmi
07/04/2018 [19:36]:
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
07/04/2018 [18:31]:
Gömrükçülər "beşbarmaq" aşkar edib
07/04/2018 [18:04]:
Əli Həsənov: Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdi təxribatdır
07/04/2018 [17:55]:
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib
07/04/2018 [17:26]:
Bakıdan Rusiyaya sürət qatar işləyəcək
07/04/2018 [16:34]:
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
07/04/2018 [15:41]:
Qızıl 8 dollara yaxın bahalaşıb
07/04/2018 [14:29]:
İŞİD lideri məhv edilib
07/04/2018 [13:36]:
Neft ucuzlaşıb
07/04/2018 [12:32]:
DİN: Axtarışda olan 26 nəfər saxlanılıb
07/04/2018 [11:49]:
Prezident təqaüdçüsünün solo konserti keçirilib
07/04/2018 [11:10]:
UEFA "Barselona"ya intizam işi açdı
07/04/2018 [10:29]:
Azərbaycanda qızıl ucuzlaşıb
07/04/2018 [09:37]:
Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
07/04/2018 [00:41]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
06/04/2018 [23:36]:
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
06/04/2018 [22:29]:
Yanvarda əcnəbilər Azərbaycanda 100 milyon manat xərcləyiblər
06/04/2018 [21:25]:
Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
06/04/2018 [20:33]:
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
06/04/2018 [19:36]:
Əfv Komissiyasının iclasları davam edir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Hökumət "sosial mənzil" ideyasını dəfn etdi - təhlil
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Nazirlər Kabinetinin səlahiyyəti azaldıldı
Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib
Bakıda sosial evlər satışa çıxarılır
"Formula-1" ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Azərbaycanda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlanıb
Dolların aprelin 9-na olan məzənnəsi
Türkiyədə 4 nəfər FETÖ üzvü məhkəmədən qaçıb
Əfv Komissiyasının iclasları davam edir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin