Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası 74 faiz sәs göstәricisi ilә öndәdir"

01/11/2015 [21:35] - Siyasət (518)



"İnanırıq ki, bizim irəli sürdüyümüz namizədlər böyük uğur qazanacaqlar."

ANS PRESS-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov partiyanın qərargahında keçirilən mətbuat konfrasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda parlament seçkiləri ədalətli və şəffaf keçib: "Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edib. İlkin nəticələrə görə, seçicilərin 55 faizindən çoxu səsvermədə iştirak edib. Hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. Bu da Azərbaycanda seçkinin demokratik və şəffaf keçdiyini göstərir".

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının seçkilərdə böyük şansları var: "İnanırıq ki, bizim irəli sürdüyümüz namizədlər böyük uğur qazanacaqlar. Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin ilkin nəticələri ilə bağlı səhərə qədər yoxlama aparılacaq və bu nəticələrin "exit-poll"un nəticələrinə uyğun olacağını düşünürük".

Ə.Əhmədov bildirib ki, bütövlükdə seçki normal şəraitdə keçib: “Azərbaycanda seçki şəraitinin normal keçməsi Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlardan xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın hakimiyyətə və dövlətə böyük etimadı olduğunu göstərir. Bu etimad özünü bu gün seçkilərdə göstərdi. Mən sizin hər birinizi Azərbaycanda keçirilən növbəti uğurlu seçkilərlə bağlı təbrik edirəm”.

Ə.Əhmədov düşünür ki, seçkinin nəticələrinə görə YAP namizədlərindən 70-i qalib olacaq.

YAP rəsmisi həmçinin sosial şəbəkələrdə yayılan seçki ilə bağlı nöqsanlara da aydınlıq gətirib: “Bu, təbii ki, MSK tərəfindən araşdırılacaq və nəticələri elan olunacaq. Sosial şəbəkələrdə paylaşılan nöqsanlar bizim rəqiblərimiz tərəfindən seçkilərə kölgə salmaq məqsədi də güdə bilər”.

Eyni zamanda ABŞ-ın məşhur sorğu şirkəti olan "Arthur J. Finkelstein & Associates" Azәrbaycanda keçirilən parlament seçkilәrindә sәsvermә ilә bağlı apardığı "exit-poll"un nәticәlәrinə görə, YAP partiya olaraq 74 faiz sәs göstәricisi ilә öndәdir.
...
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Xəbər lenti
05/04/2018 [18:48]:
"Xətai" stansiyası yenidən təmirə bağlanacaq
05/04/2018 [17:59]:
Sabiq nazirin qohumu azadlığa buraxılıb
05/04/2018 [17:26]:
Estoniyada AXC-nin 100 illiyi qeyd olunub
05/04/2018 [17:06]:
Səlim Müslümov: “İşsizlikdən sığorta fonduna daxilolmalar artacaq”
05/04/2018 [16:35]:
Rumınlar Provoslav Pasxasını necə qeyd edirlər? - səfirlikdən izahat
05/04/2018 [16:23]:
3 bankın 19 əmlakı hərracda satılıb
05/04/2018 [15:51]:
FİFA daha 3 qaydanı dəyişir
05/04/2018 [15:08]:
Türkiyə ordusu Suriyada yeni hərbi əməliyyata başlayacaq
05/04/2018 [15:02]:
Mərakeşə quş uçuşundan baxış
05/04/2018 [14:37]:
Tramp İran məsələsində Netanyahu ilə razılığa gəldi
05/04/2018 [13:48]:
Bakı məktəblərində “Eko-təqdimatlar” layihəsi keçirilir
05/04/2018 [13:18]:
"Kanal-13"-ün rəhbəri Əziz Orucov azadlığa buraxılıb
05/04/2018 [13:07]:
Boks üzrə Azərbaycan çempionu öz ad günündə bıçaqlanıb
05/04/2018 [12:37]:
Azərbaycan nefti ucuzlaşıb
05/04/2018 [11:59]:
İlham Əliyev: 100 il əvvəl qadınlara səsvermə hüququ verməsi azadlığın zirvəsi idi
05/04/2018 [11:28]:
Rusiya XİN Azərbaycana yeni səfir təyinatı haqda
05/04/2018 [10:34]:
Ərdoğan: "Türkiyə, Rusiya və İran Afrin əməliyyatında birgə iştirak edib"
05/04/2018 [10:16]:
Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir
05/04/2018 [09:41]:
AŞPA-nın prezident seçkisini müşahidə missiyasının tərkibi açıqlanıb - - siyahı
05/04/2018 [08:59]:
“Qarabağ” klubu Türkiyədə mükafatlandırılıb
05/04/2018 [00:29]:
Haynkes Çempionlar Liqasının tarixinə düşdü
04/04/2018 [23:28]:
Könül Xasıyeva ilə bağlı sərəncam verildi
04/04/2018 [22:21]:
Tarif Şurasına yeni səlahiyyətlər verilib - sərəncam
04/04/2018 [22:09]:
Razi Nurullayev Şamaxı seçicilərilə görüşüb
04/04/2018 [21:19]:
İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edildi - Fərman
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Bakıda daha bir məmur oğlu sərxoş halda qəza törətdi - Həbs olundu+VİDEO
Bakıda külək getdikcə şiddətlənir, xeyli fəsadlar törədib - Video
Təhsil Nazirliyindən valideynlərə xəbərdarlıq
Şərəf və ləyaqət toxunulmazdır
Vergilər Nazirliyində kütləvi ixtisar - Mikayıl Cabbarovdan daha bir əmr
Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir
Məşhur şəmkirli biznesmen belə saxlanıldı - Video
İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edildi - Fərman
Parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin, svetoforlar isə DYP-nin əlindən çıxdı
Dollar neçəyə olacaq?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin