Hersoq Endryu 12-ci dəfədir Azərbaycana gəlir

13/11/2014 [16:00] - Gündəm (413)



 Şahzadə Endryu bu gün Bakıya dörd günlük xüsusi səfərə gəlir, xəbəri Britaniyanın İndependent qəzeti yayıb.

Beynəlxalq təşkilatların Azərbaycanın despot rejimi ilə əməkdaşlıq edənləri kəskin tənqid etməsinə baxmayaraq, o, İlham Əliyevlə danışıqlar aparacaq.

Elə bu yaxınlarda despot rejimlərlə sıx əlaqələrinə görə ünvanına kəskin tənqiddən sonra şahzadə Endryu Böyük Britaniyanın ticarət səfiri vəzifəsini tərk edib.

Bukinhem sarayı kral ailəsi üzvlərinin “xüsusi səfərləri” ilə bağlı şərh verməkdən imtina edib. “Britaniya kral ailəsi üzvlərinin xüsusi səfərləri vergi ödəyiciləri tərəfindən maliyyələşdirilmir”, deyə sarayda bildiriblər. Buna görə şahzadə Endryunun səfərlərini kimin ödədiyi məlum deyil. Kraliçanın ikici oğlu çoxdan təmtəraqlı səyahətlər həvəskarı adını qazanıb.

İndiyədək şahzadə Endryu 11 dəfə İlham Əliyevlə görüşüb və son 10 ildə 7 dəfə Azərbaycana gəlib.

Endryunun Azərbaycan rəhbərliyi ilə isti münasibətləri dünyada hüquq müdafiə təşkilatlarının kəskin tənqidinə səbəb olur, onlar rəsmi Bakı ilə əlaqələri dayandırmağa çağırırlar, deyə İndependent yazır.

Daha sonra məqalədə həbs edilmiş hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, Rəsul Cəfərovun və İntiqam Əliyevin adları yada salınır və qeyd edilir ki, ölkədə siyasi məhbusların sayı 100-dən çoxdur.

Xatırladaq ki, bir müddət əvvəl mətbuat Endryunun Qoqa Aşkenazi adlı rəfiqəsi olduğu haqqında məlumat yayıb. Bu Qazaxıstan vətəndaşı şahzadənin sevgilisi olub, eyni zamanda şahzadənin Qazaxıstanda və digər ölkələrdəki biznesi onun adına rəsmiləşdirilib.
Contact.az
...
Ötən il Beynəlxalq Bankdan daha 4 milyard yoxa çıxıb - təfsilat
Azərbaycanda yeni devalvasiya təhlükəsi - xəbərdarlıq
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Xəbər lenti
06/04/2018 [16:18]:
Qran-prinin ilk günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər
06/04/2018 [15:53]:
Bakıda sosial evlər satışa çıxarılır
06/04/2018 [15:14]:
SOCAR-da korrupsiya ehtimallarını araşdırılmaq üçün qaynar xətt açılıb
06/04/2018 [14:49]:
Rəsmi Bakı “Skripal işi”ndə Moskvanı müdafiə edib
06/04/2018 [14:23]:
Nazirlər Kabinetinin səlahiyyəti azaldıldı
06/04/2018 [13:34]:
Azərbaycanda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlanıb
06/04/2018 [12:59]:
"Formula-1" ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
06/04/2018 [12:22]:
Bakıda bir sotu 2 milyon manata torpaq satılır
06/04/2018 [11:48]:
Azərbaycan nefti ucuzlaşıb
06/04/2018 [11:32]:
İlham Əliyev turizm və səyahətlər sərgisi ilə tanış olub
06/04/2018 [11:11]:
DÇ-2018-də hakimlər nə qədər qazanacaq?
06/04/2018 [10:33]:
İlham Əliyev: “Bakı dünya xəritəsində çox məşhur şəhərə çevrilib”
06/04/2018 [09:39]:
Mehriban Əliyeva: “Ümidvaram ki, ölkəmizin "Ekspo 2025" üçün namizədliyini dəstəkləyəcəksiniz”
06/04/2018 [01:46]:
Qüdrət Həsənquliyev Göyçayda seçicilərlə görüşüb
06/04/2018 [00:38]:
Güclü yağış Yevlazxda fəsadlar törədib
05/04/2018 [23:34]:
Orta məktəblərdə yeni fənn tədris ediləcək - rəsmi izahat
05/04/2018 [22:23]:
BMT: 2017-ci ildə dünyada 11 min terror aktı törədilib
05/04/2018 [21:34]:
Azərbaycanın daha 6 rayonunda 15 modul tipli məktəb quraşdırılacaq
05/04/2018 [20:26]:
Şirvan-Salyan yolunun tikintisinə 10 milyon manat ayrılıb
05/04/2018 [19:37]:
Azərbaycan – Türkiyə matçının vaxtı açıqlanıb
05/04/2018 [18:48]:
"Xətai" stansiyası yenidən təmirə bağlanacaq
05/04/2018 [17:59]:
Sabiq nazirin qohumu azadlığa buraxılıb
05/04/2018 [17:26]:
Estoniyada AXC-nin 100 illiyi qeyd olunub
05/04/2018 [17:06]:
Səlim Müslümov: “İşsizlikdən sığorta fonduna daxilolmalar artacaq”
05/04/2018 [16:35]:
Rumınlar Provoslav Pasxasını necə qeyd edirlər? - səfirlikdən izahat
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Bakıda daha bir məmur oğlu sərxoş halda qəza törətdi - Həbs olundu+VİDEO
İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edildi - Fərman
Vergilər Nazirliyində kütləvi ixtisar - Mikayıl Cabbarovdan daha bir əmr
Bakıda külək getdikcə şiddətlənir, xeyli fəsadlar törədib - Video
Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir
Şərəf və ləyaqət toxunulmazdır
Məşhur şəmkirli biznesmen belə saxlanıldı - Video
İcra başçısı “Şəhid bulağı”nı sökdürür
Parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin, svetoforlar isə DYP-nin əlindən çıxdı
Lənkəranda dəhşətli yol qəzası – 1 ailənin 6 üzvü ölüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin