Siyasət

Netanyahu İranı ittiham etdi – Savash.org

İsrailin Baş naziri Binyamin Netanyahu Oman körfəzindəki İsrail gəmisində baş verən partlayışın arxasında İranın dayandığını bildirib.

Savash.org xəbər verir ki, o, bu fikri “Kan” televiziya və radio şirkətinin efirində səsləndirib.

Netanyahu, “Birincisi, bu, həqiqətən İranın bir əməlidir, burası aydındır”,- deyə qeyd edib.

Hökumət başçısı İranın İsrailin ən böyük düşməni olduğunu və bu ölkənin nüvə silahı əldə etməməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən gün İsrail mətbuatında 25 fevral tarixində Oman körfəzindəki İsrail gəmisində bir partlayış baş verdiyi, ancaq heç kimin xəsarət almadığı ilə bağlı xəbərlər yayılmışdı. Partlayış səbəbinin nə olduğu isə hələ ki, dəqiqləşdirilməyib. /Sfera.az



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button