İqtisadiyyat

Neftin qiyməti korreksiya çərçivəsində azalıb

Əvvəlki iki ticarət günü ərzində orta hesabla 5%-lik artımdan sonra neftin qiyməti korreksiya çərçivəsində azalıb.

“Brent” neftinin mart fyuçersləri 0,24% ucuzlaşaraq, 1 bareli 84,47 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,21% artaraq, 1 bareli 82,46 ABŞ dolları təşkil edib.

Bu dinamikaya ABŞ-ın Energetika Nazirliyinin hesabatı səbəb olub. Belə ki, hesabata görə, yanvarın 7-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 4,6 milyon barel və ya 1,1 azalaraq, 413,3 milyon barel təşkil edib. Analitiklər isə azalmanın 1,9 milyon barel təşkil edəcəyini güman edirdilər.

Bundan başqa, investorların kütləvi etirazların baş verdiyi Qazaxıstandan neft ixracı ilə bağlı fasilələrin yaranacağına dair narahatlıqları qalmaqdadır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button