İqtisadiyyat

“Neftin qiyməti artıq növbəti 6 ayda 100 dollara çata bilər”

“Bank of America Corporation” transmilli investisiya bankının analitikləri bildiriblər ki, bank özünün 2022-ci ildə neftin qiymətinin 1 barelə görə 100 ABŞ dollarına çata biləcəyi üzrə proqnozunu dəyişib daha erkən dövrə – növbəti altı aya qədər tezləşdirə bilər.
“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bankın analitikləri qeyd edir ki, sözügedən dəyişikliyin baş verməsinin ehtimalı artıb.
Belə ki, gözləniləndən daha soyuq keçəcək qış neftə olan qlobal tələbatı gündəlik 1 mln. bareldən 2 mln. barələ artıra bilər və bundan əlavə, bazarda təklifin defisiti asanlıqla gündəlik 2 mln. bareli keçə bilər.
İnvestisiya bankı “Brent” markalı neftin qiyməti üzrə proqnozunu 2021-ci il üçün eyni – 1 barelə görə 70 dollar səviyyəsində saxlasa da, qiymətin ilin sonuna kimi artan risklər fonunda 75 dollara çatacağını istisna etmir.
Qeyd edək ki, ICE London qitələrarası birjasında hazırda “Brent” 73,4 dollar səviyyəsində ticarət olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button