İqtisadiyyat

Neftin orta qiyməti bu il 60%-dək arta bilər

Bu il neftin bir barelinin orta qiyməti 65,68 ABŞ dolları təşkil edəcək ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 59% çoxdur.
“APA-Economics”in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı çərşənbə axşamı dərc etdiyi oktyabr hesabatında yer alıb.
Beləliklə, BVF 2021-ci il üçün neftin qiymətinin artım templəri üzrə iyulda verilən proqnozunu dəyişməyib.
Hesabatda qeyd olunur ki, 2022-ci ildə neftin orta qiyməti 64,52 dollar səviyyəsində olacaq. 2020-ci ildə bu göstərici 41,29 dollar təşkil edib.
Bununla yanaşı, proqnoz müəllifləri hesab edirlər ki, uzunmüddətli perspektivdə qiymətlərin azalacağı vəziyyət yaranacaq və bu vəziyyətdə 2026-cı ildə neftin orta qiyməti 56,3 dollar təşkil edəcək.
Xatırladaq ki, neftin orta qiyməti kimi, “Brent”, “Dubai” və WTI markalı neftlərin orta qiymətləri götürülür. Hazırda “Brent” 83,64 dollara, WTI – 80,67 dollara, “Dubai” nefti isə 79,76 dollara ticarət olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button