İqtisadiyyat

Neftin hazırkı qiyməti bazardakı vəziyyəti əks etdirir

Neftin bir barelinin qiymətinin təxminən ABŞ dollarına yüksəlməsi obyektiv olaraq bazarın vəziyyətini əks etdirir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Bazar həmişə mövcud vəziyyəti obyektiv şəkildə əks etdirir”, – A. Novak qeyd edib.
Onun sözlərinə görə, son 1,5 il ərzində, pandemiyanın və neft böhranından başlamasından bəri qlobal neft ehtiyatları 364 mln. barel azalıb və hazırda onlar beşillik ortalama göstəricidən 130 mln. barel azdır.
A. Novak bu vəziyyətin bazar üçün müsbət bir hal və balansın olması kimi qiymətləndirib.
Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 81,5 dollar səviyyəsindədir (+0,3%).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button