İdman

“Neftçi”nin baş məşqçisi sərt cəzalandırılıb

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə başlı qərarlarını açıqlayıb.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib.

“Neftçi”yə isə eyni məbləğdə cərimə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün kəsilib.

Bundan başqa flaqmanın baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button