İdman

“Neftçi” və “Qarabağ”ın avrokubokda qazancı bəlli olub

Avrokubokların arxada qalan hissəsində mükafat qazanan klubların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ əsasən Azərbaycan təmsilçilərinin də ilk üç təsnifat mərhələsindəki qazancı bəlli olub.
Mövsümə Çempionlar Liqasında başlayıb, ardınca həm bu turnirə, həm də Avropa Liqasına vida edən “Neftçi” digər klublarımızdan çox qazanc əldə edib. Bakılılar bu müddətdə 1 milyon 150 min avro (təxminən 2 milyon 300 min manat) qazanıb.
Konfrans Liqasında üç mərhələ keçən “Qarabağ” büdcəsinə 750 (təxminən 1 milyon 500 min manat) min avro gətirib. İlk raundda avrokuboklara vida edən “Keşlə” ilə “Sumqayıt”ın qisməti isə 450 min avro (təxminən 900 min manat) olub. Ümumilikdə isə komandalarımız hələlik 2 milyon 800 min avro (təxminən 5 milyon 600 min manat) əldə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button