İdman

“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Qarabağ” oyununun biletləri bu gün satışa çıxarılacaq.Apasport.az-ın birincilərin rəsmi saytına istinadən məlumatına görə, saat 14:00-dan etibarən azarkeşlər Azərbaycan derbisinin biletlərini ala bilərlər.Qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Kassalar bu gün və sabah saat 18:00-dək, oyun günü isə 20:30-dək işləyəcək.Qeyd edək ki, sentyabrın 12-də “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button