İdman

“Neftçi” Konfrans Liqasında debüt oyununda “Makkabi” ilə üz-üzə gələcək

Azərbaycan çempionu “Neftçi” bu gün avrokuboklarda növbəti matçına çıxacaq.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasından Avropa Liqasına, oradan da Konfrans Liqasına yuvarlanan Bakı klubu üçüncü dərəcəli klub turnirində debüt edəcək.
Samir Abasovun yetirmələri bu turnirə pley-offdan başlayacaq. Paytaxt təmsilçisi Hayfa “Makkabi”si ilə ilk görüşünü keçirəcək.
İsrail çempionu ilə qarşılaşma Bakıdakı “Bakcell Arena”da təşkil olunacaq. “Ağ-qaralar” səfər matçı ərəfəsində sərfəli nəticə qazanmağa çalışacaq.
Qeyd edək ki, cavab görüşü avqustun 26-da baş tutacaq.
Konfrans LiqasıPley-off, ilk oyun19 avqust21:00. “Neftçi” – “Makkabi” (Hayfa, İsrail)Baş hakim: Delayod Uilli (Fransa)Bakı. “Bakcell Arena”

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button