İdman

“Neftçi” HİK-ə uduzub və Konfrans Liqasına enib

Azərbaycan çempionu “Neftçi” Avropa Liqasında növbəti matçını keçirib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu III təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Samir Abasovun yetirmələri Finlandiyada HİK-lə üz-üzə gəlib. Bakıda rəqibi ilə məhsuldar heç-heçə edən (2:2) “ağ-qaralar” səfər matçının ilk yarısında rəqiblə bərabər mübarizə aparıb.
Qarşılıqlı hücumlarla keçən görüşdə hesab ikinci hissənin əvvəlində açılıb. Meydan sahibləri fasilədən dərhal sonra “Neftçi”nin qapısına yol tapıb. Az keçməmiş şimallılar penalti ilə fərqi iki topa çatdırıb.
Oyunda donuş yarada bilməyən “Neftçi” daha bir qol buraxaraq səfərdə böyük hesabla məğlub olub. Bununla da təmsilçimiz Avropa Liqası ilə vidalaşıb. Bakılılar yoluna qitənin üçüncü dərəcəli klub turniri olan Konfrans Liqasında davam edəcək.
Qeyd edək ki, pley-offun oyunları avqustun 19-da və 26-da keçiriləcək. “Neftçi” “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matç Bakıda təşkil olunmalıdır.
Avropa LiqasıIII təsnifat mərhələsi, cavab oyunu12 avqust20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) – 3:0Qollar: Roope Riski, 46, 60 (pen.), 89Baş hakim: Dəniz Aytekin (Almaniya)HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel Oşonessi (k), 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 6. Jair, 10. Lukas Linqman, 24. Devid Braun, 11. Roope Riski, 27. Filip Valençiç Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 22. Kevin-Kuassivi Benisson, 14. Sebastyan Dalström, 47. Matti Peltola, 9. Riku Riski, 29. Entoni Olusanya, 20. Tim Sparv Baş məşqçi: Toni Koskela 
“Neftçi”: 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 14. Roman Bask, 8. Emin Mahmudov (k), 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli, 22. Mirabdulla AbbasovEhtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov Baş məşqçi: Samir AbasovHelsinki Futbol Stadionuİlk oyun – 2:2

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button